adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Dekabr 2016 09:56
11263
GÜNDƏM

AKİF TƏVƏKKÜLOĞLU: “Mən yaşımı yalnız güzgüdə özümə baxanda hiss edirəm....”

"Birzamanlar – mənim məktəbli olduğum vaxtlarda televiziyada "Teleteatrda tələbələrlə görüş”, "Tələbə klubu” adlı verilişlərvar idi. Günlərin bir günü evimizdə olan qonaqlarla birgə bu verilişə baxanatam belə bir ifadə işlətdi: "Mənim dəoğlum tələbə olub, ekranda görünsə özümü dünyanın ən xoşbəxt adamı hesab edərəm... Heç unutmadım o anı, o sözləri... Atamın buarzusu mənim gələcəkhəyatımda və peşə seçimimdə vacib məqamlardan oldu. Sonralar televiziyadaçalışdığım illərdə atam mənimləbağlı fəxarət duyğularınıgizlətmirdi....”. Bunu bizimlə söhbətində ömrünün 55-ci baharına qədəmqoyan və Azərbaycan jurnalistikasında öz dəsti xətti olan, hazırda isə MilliMəclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Akif Təvəkküloğludeyir. Keçdiyi həyat yoluna, yaradıcılığına nəzər salırıq. Danışır. Hiss olunurki, bu danışığın arxasında bir utancaqlıq var. Bəlli olur ki, Akif müəllim özühaqqında çox danışmağı xoşlamır...

...MilliMəclisin binasına daxil olub liftlə 9-cu mərtəbəyə qalxanda müsahibənin,Akif müəllimlə edəcəyim söhbətin həyəcanıonun iş otağının astanasındaca yox oldu. Söhbətə yüksək həvəs və olduqcasəmimi başladı. Müsbət enerjisi, həyati baxışları və ən əsası işyerindəki səmimi münasibəti insana pozitivlik bəxş edir...

Akif müəllim özü haqqında danışarkən taleyindən,dövlətindən, cəmiyyətindən razı bir şəxs olduğunu deyir və bu əlamətlərin bütüninsanlarda olmasını arzulayır: "Bir ailəkimiyik. Kollektivin hər bir üzvünün gülüşünü sevincim, kədərini kədərimkimi qiymətləndirirəm. Həyatda sevincimi açıq büruzə verib, kədərimi gizlətməyibacaran bir insan olduğum üçün istəyirəm ki, ətrafımda olan insanların da üzüdaim gülsün, gülərüz olsunlar.Bir insan kimi həyatda da, ailə münasibətlərində də, cəmiyyətdə də özümü dərkeləməyə başlayandan səmimi olmağa çalışmışam. Bu ailə tərbiyəsindən irəli gəlir.Çünki gözümü açıb böyüyə-kiçiyə hörmət, diqqət və qayğı görmüşəm.”

Həmsöhbətimpayız fəslinin sonu, qışın başlanğıcında, dekabrın ilk günündə dünyaya gözaçıb. Buna görədə onun fəsillərə münasibətinisoruşdum. Qışda doğulduğu üçün bufəsli daha çox dəyərləndirəcəyini düşündüyüm halda bütün fəsilləri sevdiyinidilə gətirir: "Həyata daha çox sevgi, məhəbbətlə bağlı olduğum üçün fəsillərinhər biri mənim üçün gözəldir. Hərəsininöz çaları, öz rəngi var. Mən həyatı bütünrəngləri, bütün ritmləri və ahəngiilə sevirəm”.

"İlkşeirimi cırıb atdım...”

AkifTəvəkküloğlu deyir ki, yazmağa uşaq yaşlarından başlayıb. Hələ orta məktəbin 4ya 5-ci sinfində oxuyan zaman yazdığı ilk şeiri cırmalı olub ki, bu da səbəbsizdeyilmiş: "4-cü ya 5-ci sinifdə oxuduğum zaman təxminən 2 bəndlik şeryazmışdım. Yazdığım şeir təsadüfən şinifyoldaşlarım vasitəsilə bir müəllimimin əlinəkeçmişdi. Şeir sevgidən idi. Həminmüəllim məni yanına çağırıb dedi ki, oğlum, sən çox tez alışmağa, yanmağabaşlamısan, belə getsə tez sönərsən. Bumövzu sənin üçün tezdir”. Çoxutandım və həmin o ilk şeiri cırıb atdım... Bir müddət şeiryazmadım, sonralar yazdıqlarımıisə hamıdan gizlədim, sandığa atdım... Ortaməktəbin son siniflərində ictimai işlərdə çox fəalidim və mütəmadi olaraq həm məktəbin divar qəzetində, həm də rayonqəzetində çıxışlarım olurdu. İnstitut illərində də aktiv tələbələrdən olduğumüçün mətbuatın içində idim. Mətbuata bağlılığım belə yaranıb. Hər zaman yazmışam.Bir neçə il öncə yazdıqlarım var ki, o yazıları hələ də üzə çıxarmamışam. Onlar bugünün yazıları deyil, mənim dünənimin, illər öncə yaşadığım ayların, illərin,hadisələrin məhsuludur. Yaxın vaxtlardaqismət olsa yaradıcılığımla bağlı kitab çıxarmaq niyyətindəyəm. Artıq işlər oistiqamət üzrə gedir...”

Söhbətimizi"jurnalist-cəmiyyət” mövzusunda davam etdiririk. Onunüçün mətbuatın hansı sahəsinin daha maraqlı olduğunu soruşandaAkif müəllim qayıdır ki, jurnalist istərgündəmdəki hadisələri, istərcəmiyyətin problemlərini, istərdünyada baş verənləri, ən əsasıisə iç dünyasının hiss və həyəcanını, narahatlığını ifadəedə bilirsə, bunun üçün də qələmiseçibsə mətbuatın hansı qolunda olmasının heç fərqi yoxdur. İstərqəzet-jurnal olsun, istər televiziya, radio... Jurnalist özünüqələmdə tapmalıdır ilk əvvəl, sonra mətbuatda tapacaq. Televiziyada 17 ilə yaxın müxtəlifvəzifələrdə işlədim. Həmin dövr müstəqillik dövrümüzün keşməkeşli vaxtları idi.Biz heç nə düşünmədən ancaq jurnalistlik və vətəndaşlıq borcumuzu yerinə yetirirdik...

Akifmüəllimlə söhbət əsnasında gözlərindən ətrafa yayılan müsbət enerjidən ilhamalmamaq mümkün deyil. Daxilində olan böyük enerjinin mənbəyini soruşanda isə bununsevgi olduğunu deyir: "Gözümü açıb dünyanı dərk edən zamandan ailəmizdə,məktəbimizdə, el-obada böyüyə-kiçiyə hörmət, insanlara xoş münasibət görmüşəm.O münasibət, o məhəbbət o qədər canıma, qanıma hopub ki, indi həyata da,insanlara da ancaq həmin prizmadanyanaşıram. Böyüdüyüm ailədəgördüyüm ənənələr sizin dediyiniz enerjini formalaşdırıb. Indi mən dəailəmə, dostlarıma, yaxınlarıma bu müsbətenerjidən pay verməyə çalışıram. Bu həyatınqayəsi sevgi üzərindəqurulub. "Mənə sevgi verin” adlıbir şeirimdə bu məsələlərə toxunmuşam:

Mənə sevgiverin bağçada-bağda

Bir sevgiağacı qoy mən də əkim.

Sevgiağacının barı, bəhrəsi

Xəstə ürəklərəolsun bir həkim.

Mənə sevgiverin, uca dağlara

Başındayoxdursa, qar səpələyim.

Zirvədənboylanıb ötən cağlara

Bir nəzəryetirim, salam söyləyim

Mənə sevgiverin, aləmə səpim

Düz-dünyasevgidən gül-çiçək açsın.

Mənə sevgiverin paylamaq üçün

İnsan libasınısevgidən biçsin!

Hiss olunur ki, gərgin iş qrafikində çalışır. Yanındaolduğum zaman iş masasının üstündəkipərakəndəlikdən, aramsız telefon zənglərindən, otağına gəlib-gedənlərin, verilən sualların çoxluğundanda bu aydın görünürdü... "İşimdən, ailəmdən, dostlarımın əhatəsindəkeçirdiyim zamandan zövq alıram. Məni əhatə edən pozitiv, və neqativ nə varsamən bunu yalnız bir iqtiqamətə pozitivə yönəltməyə çalışıram,hər birşeydə gözəllik axtarıram. Gözəllik isə həyatın ənböyük zövqüdür.”

Müsahibəyəgetməmişdən öncə "Google” axtarış proqramında müsahibimlə bağlı məlumatlara gözgəzdirərkən düzü çox az informasiyaya rast gəldim. Ən diqqət çəkən məqam isə ona gələn çoxsaylı adgünü təbrikləri idi. Akif müəllimad günüvə hədiyyə almaq kimi məsələlərədə başqa prizmadan yanaşır: "Mənistər ailəm, istər dostlarım, istərsə dəkollektivim tərəfindən hər zaman diqqətdə olmuşam, özüm də qarşılıqlıolaraq hər kəsədiqqətli olmağa çalışıram. Hədiyyəninqiymətinin önəmi yoxdur. Bu xoş birsöz, səmimi bir jest, müəyyən bir kiçik suvenir də olabilər. Amma onu deyim ki, bugünə qədər jurnalist kimi ənböyük hədiyyəni dövlət başçısı cənab İlham Əliyevdən almışam. Azərbaycan MilliMətbuatının yaranmasının 135 illiyi ilə bağlı dövlət başçısı tərəfindən"Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunmuşam. Bunu işimə və sənətiməverilən ən böyük hədiyyə sayıram.Bu peşə sahəsində bundan böyük gözlənti yoxdur...”

MilliMəclisin mətbuat xidmətinin əməkdaşları tərəfindən çox sevilən Akif Təvəkküloğluöz iş sistemi barəsində çox danışmır: "Milli Məclis kütləviinformasiya vasitələri ilə deyərdim ki, ən çox əlaqədə olan orqandır. Elə olur ki, hərgün, hər həftə onlarlatədbir, görüş, toplantıkeçirilir. Xarici qonaqlar gəlir... İşimiz kifayətqədər maraqlı və məsuliyyətlidir.İşin rəvan getməsinin də əsasını işə sevgi təşkil edir. Gördüyün işədiqqət və canıyananlıqla yanaşırsansa artıq hərşey öz qaydasında gedəcək. İşimiz elə qurulub ki, hər hansı bir xırda problem yaranankimi yerindəcə həll olunur.Rəhbərliyimiz də daim mətbuat xidmətinə dəstək verir. Bu isə işimizdədaha məsuliyyətli olmağı zəruri edir”.

Maraqlısöhbətimizi isə Akif müəllimin gözəl sözləri ilə yekunlaşdırırıq: "Tanrınınverdiyi milyon yoldan ən yaxşısı haqqın yoludur. Mənhəmişə haqqın tərəfindəyəm. Uğur açarımisə ailəmdir. Ailə mənimaləmimdə insanın arxa cəbhəsidir. Arxacəbhə möhkəm olanda isəistənilən uğuru əldə etmək şansıdaha yaxın olur...”

Qocalıqdanqorxmadığını deyən və yaş üstünə yaş gəlməsini özünə dərd etməyən Akif müəllimsonda onu da bildirdi ki, ömründəki illərin, ayların, tarixin rəqəmlə ifadəsini xoşlamır: "Mən yaşımı ancaq güzgüyə baxandahiss edirəm...”

ƏdilƏdilzadə

P.S Biz də "Ədalət” qəzeti olaraq Akif Təvəkküloğlunuyeni yaşı münasibəti ilə təbrik edir,ona uzun ömür, can sağlığı və daim belə müsbət enerjili olmasını arzu edirik.