05 May 2020 10:58
22115
SİYASƏT

Akif Təvəkküloğlu da vəzifəsindən çıxarıldı, yerinə təyinat oldu - FOTO

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Elnar Məmmədli isə parlamentin mətbuat katibi təyin olunub.

E.Məmmədli AzTV-nin əməkdaşıdır.

Qeyd edək ki, A.Təvəkküloğlu 2005-ci ildən parlamentin mətbuat katibi vəzifəsində çalışırdı.