adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2018 10:29
34689
ƏDƏBİYYAT

Akif Səməd: “Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm”

Bu halal yolnan,yoldaşnan

Şuşaya gedəbilmirəm.

Bir beləqohum-qardaşnan

Şuşaya gedəbilmirəm.

Qazağıq, özbəyik-Türkük

Tarixdə çoxunagörkük

Həsrətdə, dözümdəbərkik

Şuşaya gedəbilmirəm.

Uduzduq nədə,bilirəm,

Bilirəm, dədə,bilirəm.

Evimə gedə bilirəm,

Şuşaya gedəbilmirəm.

Şuşasız evimevdimi?

Dözən mənəmmi,devdimi?

Kimə söyləyim dərdimi?

Şuşaya gedəbilmirəm.

Şuşada güllərgülürmü?

Dağına duman gəlirmi?

Xudu müəllimbilirmi?

Şuşaya gedəbilmirəm.

Türk olmaqgünahmı oldu?

Günahkar segahmıoldu?

Təbrizdən uzaqmıoldu?-

Şuşaya gedəbilmirəm.