adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Sentyabr 2020 22:30
19907
DÜNYA

Akardan yunanlara xəbərdarlıq: İcazə vermərik!

Sabah NATO qərargahında Türkiyə və Yunanıstan hərbi heyəti arasında 5-ci iclasın keçirilməsi planlaşdırılır.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Türkiyə əlbəttə ki, sülhün, sabitliyin tərəfdarıdır. Ancaq hər hansı təxribata da icazə vermərik. Həm Kiprin, həm də Türkiyənin maraqlarını qorumaqda qərarlıyıq. Qarşı tərəf davamlı olaraq “təcavüz, gərginlik, hücum” kimi ifadələr işlərdir. Nə hücumu? Bizim gördüyümüz iş tamamilə texnikidir”, - Akar bildirib.