Aİ-Azərbaycan parlament əməkdaşlığı genişlənir
Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Brüsseldə Avropa Parlamentində (AP) çoxsaylı görüşlər keçirib.
Görüşlərin məqsədi Azərbaycan ilə Avropa arasında parlament əlaqələrinin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq yollarının imkanlarının artırılması olub.
Avropa Parlamentində təmsil olunan siyasi qrupların və partiyaların rəhbərləri, eləcə də Qafqaz regionu üzrə AP-nin məruzəçiləri ilə keçirilən görüşlərdə regionda baş verən hadisələrdən danışılıb, cəbhənin təmas xəttində atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi olaraq pozulması halları diqqətə çatdırılıb, Azərbaycanda aparılan siyasi və iqtisadi islahatların səmərəliliyi haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələrin davamı olaraq, növbəti görüşlər gələn həftə Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Strasburqda davam etdiriləcək.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09