adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Mart 2024 19:14
680
SİYASƏT

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana gələcəklər

Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistana səfər edəcəklər. 

Adalet.az "Armenpress"ə istinadən xəbər verir ki, İrəvanda və Aİ müşahidəçi missiyasının ofisində görüşlər planlaşdırılır.

Səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında təsəvvür əldə etməkdir.

Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.