"Aİ “ədalətsiz mövqeyindən” əl çəkməsə..." - Ərdoğan

"Aİ “ədalətsiz mövqeyindən” əl çəkməsə, Ankaradan nə isə gözləmək hüququnu itirəcək".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Aİ-nin verdiyi bütün vədləri yerinə yetirmişik, onlar isə demək olar ki, heç birini yerinə yetirməyiblər. Aİ-nin ölkəmizə qarşı qərəzində heç bir dəyişiklik olmayıb. Başladıqları proseslərə məhəl qoymayaraq ölkəmizə qarşı haqsızlıq edirlər. Türkiyənin AB-dən heç bir gözləntisi yoxdur”, - Ərdoğan ölkə parlamentində çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Aİ Ankaraya qarşı tutduğu “ədalətsiz mövqeyindən” əl çəkməlidir, xüsusən də viza məsələsində.
“Əgər bunu etməsələr, bizdən hər hansı bir gözləmə hüququnu tamamilə itirəcəklər”, - Türkiyə lideri bildirib.
Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq.
Digər Xəbərlər

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
