adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Oktyabr 2014 17:48
4315
SİYASƏT

Ahıska türkləri dərdlərini Qənirə Paşayevaya danışıblar

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarasıdostluq qrupunun rəhbəri Qənirə Paşayeva KİV-ə  açıqlamasında bu ölkədəkiahıska türklərinin üzləşdiyi son problemlərlə bağlı çalışmalarından bəhs edib. Millət vəkili deyib ki, bu hamımızı narahat edən bir məsələdir: "Mənimlə söhbətlərində ahıska türklərinin təmsilçiləri də dedi ki, seçkilərdənöncə yerli rəhbərlik onlara söz verib ki, bir zamanlar tarixi məscid olmuş həminabidənin bərpasıyla bağlı addım atılacaq. Ona görə də ahıska türkləri indideyir ki, həmin o tarixi məscid bərpa olunsun və seçkidən öncə verilən vədyerinə yetirilsin. Mən də gürcüstanlı millət vəkili olan həmkarlarıma da bunusöylədim ki, bunu etmək əslində çox gözəl bir addım olardı. Çünki ahıska türkləriGürcüstanın vətəndaşlarıdır və onlar heç zaman Gürcüstan dövlətinə qarşı mənfiaddımlar atmayıblar. Tam əksinə, onlar sovet dönəmində haqsızlığın qurbanıolublar və öz doğma ev-eşiklərindən sürgün ediliblər. Nəticədə onların məscidləridə başqa təyinatlar üçün istifadə olunub. Ona görə də bu gün həmin tarixi məscidinrestavrasiyasına icazə verilməsi çox müsbət addım olardı və ahıska türkləri tərəfindəndə müsbət qarşılanardı. Mən bildirdim ki, Azərbaycanda da xeyli ahıska türkləriolan qardaşlarımız yaşayır və onlarla bağlı məsələlər bizim üçün də çox həssasdır.Yəni deputat həmkarlarımın diqqətinə çatdırdım ki, bu xəbərlər Azərbaycanda daçox həssaslıqla izlənilir və narahatlıqla qarşılanır. Ona görə də yaxşı olardıki, bu məsələ özünün müsbət həllini tapsın.

Xüsusi olaraq vurğuladımki, Ermənistan Cavaxetiyada hansı təxribatlara əl atır. Abxaziya və CənubiOsetiyada da baş verənlər hamımıza bəllidir. Amma Gürcüstan vətəndaşı olan azərbaycanlılarvə ahıska türkləri heç zaman separatizmlə məşğul olmayıblar. Azərbaycan vəTürkiyə də Gürcüstanın ən çətin anlarında Gürcüstanın yanında olaraq onu dəstəkləyiblər.Ona görə də təbii ki, bu kimi məsələlərin müsbət həlli Azərbaycanda da, Türkiyədədə insanlarda razılıqla qarşılanardı.

 Ahıska türklərinin vətənədönüş haqları da tanınıb. Ahıska türklərinin öz vətənlərinə dönməsi, oradayaşaması və məskunlaşması Avropa Şurası qarşısında Gürcüstanın öhdəliklərindənbiridir. Bu insanlar vaxtilə çox böyük haqsızlıqla üzləşiblər, illər sonra ohaqları hələ indi-indi əldə edirlər ki, öz tarixi yurdlarına, evlərinə dönsünlər.Ona görə də həmin tarixi məscidin bərpasına icazə verilməsi doğru addım olardı.İnanırıq ki, Gürcüstanın rəsmi şəxsləri də bu məsələyə həssas yanaşacaqlar vəproblem özünün müsbəıt həllini tapacaq.

Bir halda ki, klub və yakitabxana tikmək üçün başqa münasib yerlər var, o zaman bir topluma məxsustarixi abidənin bərpasına icazə verilməsi Gürcüstan dövlətinin dini inancındanasılı olmayaraq öz vətəndaşına eyni münasibətin göstəricisi kimi qəbul ediləbilər. Onu da deyim ki, Ahıska türkləri mənə Azərbaycan-Gürcüstan parlamentlərarasıdostluq qrupunun rəhbəri kimi müraciət etmişdilər. Onlar xahiş etmişdilər ki,siz də bu dostluq qrupunun rəhbəri kimi köməyinizi əsirgəməyin. Mən də təbiiki, bu mövzuları gürcüstanlı həmkarlarımla telefon danışığında ətraflıçatdırdım. Xahiş etdim ki, onlar da əllərindən gələn dəstəyi əsirgəməsinlər, buməsələnin müsbət həlli üçün lazımi instansiyalar qarşısında məsələqaldırsınlar.

 Onu da deyim ki,AŞPA-nın son sesiyasında da mən Ahıska türklərinin bütün təmsilçiləriylə oradagörüşmüşdüm. Orda da vurğuladım ki, ahıska türkləri bizim qardaşlarımızdır,onları narahat edən məsələlər bizi də narahat edir. İnşallah ümid edirik vəçağırırıq ki, Gürcüstanın dövlət rəsmləri bu məsələnin müsbət istiqamətdə həlliüçün lazımi addımları atacaqlar.”