adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2020 11:39
28850
KRİMİNAL

Ağsuda dəhşət - Qadın qardaşı və anasını bıçaqladı

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəbiyeva Arzu Şaməddin qızı evlərində qardaşı, 1974-ci il təvəllüdlü Cəbiyev Müslüm Şaməddin oğlu və anası, 1938-ci il təvəllüdlü Cəbiyeva Maniya Məcid qızını bıçaqlayıb. Yaralı Ağsu rayon Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cəbiyev sərxoş vəziyyətdə evə gələrək bacısı A.Cəbiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində A.Əbiyeva mətbəx bıçağı ilə qardaşını bıçaqlayıb. Həmin vaxt onların mübahisəsini sakitləşdirmək istəyən anaları M.Cəbiyeva da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.