adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyul 2018 16:05
29094
ƏDƏBİYYAT

Ağrının estetikası

Axşamsaatları. Mavidəniz. Mərmərənin qoynunda gəmilər ahəstə-ahəstə hərəkət edirdi.Sərinyay gecəsi idi. Arzuların doğulduğu, xatirələrin canlandığı, sirli bir gecə ətrafaişıq saçırdı. Helin, Səhər, Yasəmən,Sılayemək yeyirdilər. Hamı məşğul idi. Külək əsirdi, qızların saçları uçurdu. Sabahınsarışın, toppuş oğlu oturacaqlara yaxınlaşdı. Balaca oğlan arxadanpaltarlarımızı dartdı. Ətrafdan səslər gəldi. Göydə işıqlar parladı. Söhbətgetdikcə daha da maraqlı oldu. Helenin qara gözləri, incə səsi, üzündəkiestetiklik insanın diqqətini çəkirdi. Helen danışmayanda daha cəlbedici görünürdü.Əslində səs tonu üzünü tamamlamırdı. Sabah sarışın, dolu, uzun saçlı xanım idi. Sıla öz dünyasında rəqs edirdi.Tarixi məkanlara baxırdı. Mənzərənin eyforiyası ona xoş gəlmişdi. Sıla arxayaçevriləndə Yasəməni gördü. O,sakitcə oturmuşdu.Balaca əlləri ilə qara, uzunsaçlarını oynadırdı. Qızların ürəyi yaman açılmışdı.Ağ köynəkli, keçəl, solqolunda qara saatı olan, əlində siqaret tutan kişi Yasəmənin atası idi. Azdanışırdı. Nədənsə, özündənrazı görünüşü var idi. Evlərinə oğru - "qonaq” gəlmişdi.Oğurlanan saatların qiymətini deyəcək qədər özündənrazı insan idi. Demə, oğrularbeş saatını aparıb. Bu hadisəni unuda bilmirdi.Belə cümlələr tez-tez işlədirdi: "Mənim qızlarım, zəngin ailələr”. Söhbətzamanı aydın oldu ki, on il dövlətə xidmət edib. Və hər şey su kimi şəfaf idi.Qapı açıldı. Səhərin atası gəldi. Əlində bir neçə türk qəhvəsi var idi.Qaranlıq gecədə azan səsləri əks-səda verdi. Helen Yasəmənin gözlərinə baxdı:- Aaayerigəlmişkən mənim atamın adı da Nejatdır. - Doğurdan!?. Yasəmən gülür. Təsadüf.Bu zaman balaca, ağ, ensiz qapı açılır.Səhər sevimli oğlunu atasının qucağına qoyur. Ata paşan səni istəyir. Hamınınüzündə təbəssüm yaranır. Səlim bəy balaca paşasının əlindən öpür... Yumşaq,şirin əlindən. Nədənsə, Sıla səssiz qalmışdı!

Axı onlardörd qız idilər.

Heleninatası: Nejat (doğum 1960)

Səhərinatası: Səlim (doğum 1963)

Yasəməninatası: Nejat (doğum 1966)

Sılanınatası: Paşa (doğum1957- vəfat 2007)

Həyatınağlı-qaralı notları Sılanın saçlarına tumar çəkirdi. Sıla əbədiyyət haqqındamühazirə dinləyirdi. Builki mövzusu Tanrı haqqında olacaqdı.Əslində Sıla həyatınabelə davam etməkdən zövq alırdı. Ağrının estetikasına öyrəşmişdi. Bu estetikdünyada bir rahatlıq tapmışdı. İllər Sılanı daha güclü qız etmişdi. Tez-tezAllahla ünsiyyətə girirdi. Və bu ünsiyyət ona qida verirdi.

1989-cuil. Həmin gün yaman yağış yağırdı. Köhnə küçədə ikimərtəbəli evlər diqqət çəkirdi.Sıla və atası yaşıl bir məkanda oturmuşdular. Həyətdə balaca itlər oynayırdı. Yuxarıdanqara üzüm tənəkləri asılmışdı. Bu qapı heç bağlanmırdı. Paşa bəy qapını bağlısaxlamazdı. Qırx il vəzifədə işləməyinə baxmayaraq heç qorxaq deyildi. Sılaatasının sol əli ilə sümürdüyü siqaret mənzərəsini seyr edirdi. Çöldə uşaqlaroynayırdı. Küçədən dondurmasatan kişinin səsi gəlirdi. Hər gün küçəyə ortaboylu, qarayanız, arıq, Nur adlı kişi gəlirdi. Uşaqlar bu kişinin taxta, qəhvəyirəngli arabasının arxasınca düşürdülər. Uşaqların sevincli səsi insanı yaşamağasövq edirdi. Sıla daha çox xoşbəxt idi... Qarşısında dondurmasatan Nur baba,uşaqlar, arxasında Osmanlı paşası kimi atası...

Nədənsə,Sılanın atası Yasəmənin atası kimi göylərdə uçmurdu. Mənim qızlarım əvəzinə,bizim qızlar, uşaqlar deyirdi. Nur baba ilə söhbət etmək ona maraqlı idi. HəttaNur babanın gün ərzində nə qədər dondurma satdığını da soruşardı. Tez-tez onuöz həyətinə dəvət edərdi. Gedək dəmli çay içək. Yaxşı, ağ gilas mürəbbəmizdəvar. Boz rəngli külqabı siqaret kötükləri ilə dolu olurdu. Nur baba çay içməyəgələndə, dondurma dolu araba Sılagilin qapısında dayanırdı. Demə, bu mənzərəillərləyüksək vəzifə tutan Paşa bəydən heç nə alıb apara bilməzdi. Axı Paşa bəy xarakterinə, daxili aləminə, mənəvigücünə inanırdı. Yasəmənin atası kimi vəzifəyə, dünya malına vurğun deyildi.Nur baba ilə söhbət ona sadəlik gətirirdi. Bu sadəlikdə dərin dünya canlandı. DondurmasatanınAllahını dinləməkdən xoş nə ola bilərdi? Dinləmək böyük nemət, xəzinədir. Dinləməkmədəniyyəti onları bir-birinə yaxınlaşdırırdı. Ağ tut ağacının altında Paşa bəylə,Nur baba söhbət edirdi. Uşaqlar dondurma arabasının kənarına toplaşmışdılar.Sehirli qutu uşaqların ixtiyarına keçmişdi.Küçədə xoşbəxt uşaq səslərieşidilirdi. Demə, həyatda gəmi kimi insanlar olur. Ağır, böyük, rəngli,qarda-şaxtada batmamaq üçün mübarizə aparanlar. Buz kimisuya dözümlü. Ölür. Və öldükdən sonra çox diri qalır. Dipdiri...

Nigar İsmayılqızı,

İstanbul-Kocamustafapaşa

19.08.2017

Saat:23:00