adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyun 2018 16:22
33421
ƏDƏBİYYAT

Ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm…

"Mən, ruhum qane olduğu zaman
xoşbəxt oluram və şeirdir ruhumu qane edən.”

"Mənzil başına çatmaq necə olur bilmirəm,
amma heç şübhəsiz bütün
varlığım bir məqsədə doğru can atır.”


Doğumu iləölümündəki iki qış arasında 32 illik qısa bir ömür sığdıran İranlı məşhur şair Füruğ Fərruxzadhəyatı, hüzn dolu şeirləri və ölümü ilə tam bir qış qadınıydı. Sənətiylə olduğuqədər xarakterik özəllikləriylə də diqqət çəkən Füruğ, dünyada qalacağı sayılıgünləri hissedərcəsinə həyatındakı hər şeyi yaşayıb tükətdi. Yeganə qazancı isə xoşbəxtlikvə rahatlıq mənbəyi hesab etdiyi şeirləri oldu. Bir ovuc xoşbəxtlik və azadlıqüçün çiyinlərində bir kisə dolusu kədər yükü gəzdirdi. Eşqə, cəsarətə, şeirəheyranlıq duyaraq yaşadı.

Qısa arayış

Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçiailəsində dünyaya gəlib. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib vəƏhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir"adlı əsəri həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganəoğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə"Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə FərruxzadAvropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlıfilmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzügörmüşdü – "Divar" və "Üsyan"). Cüzam xəstəliyindən əzabçəkənlərdən bəhs edən bu film Təbrizdə çəkilib və tezliklə bütün dünyada şöhrətqazanıb. 1963-cü ildə "Başqa bir doğuluş" adında son şeirlərməcmuəsini nəşr etdirib.

Füruğ Fərruxzad 1967-ci ildəavtomobil qəzasında həlak olub. Uşaqlarla dolu avtobusla toqquşmamaq üçün oidarə etdiyi maşını divara çırpıb və xəstəxanaya aparılarkən yolda dünyasınıdəyişib.

Kaş düşündüyünüz kimi…

Ən böyük istəyianlaşılmaq idi. Bu səbəbdən atasına yazdığı məktubunda nə cür haqsızlıqlaraməruz qaldığını izah etməyə çalışıb:

"Mənimən böyük dərdim sizin məni tanımamağınızdır. İş orasıdır ki, heç bir zaman datanımaq istəmədiniz. Bilirəm, nəzərinizdə hələ də ağılsız, məhəbbət romanlarıyazan axmaq bir qadın kimiyəm. Kaş düşündüyünüz kimi olsaydım və xoşbəxt olabilsəydim. Onda dünya mənim üçün kiçik bir otaq olardı, mənsə əyləncəliyığıncaqlara getməklə, gözəl və cəlbedici paltarlar geyinməklə, qonşudakıqadınlarla çənə çalmaqla, qayınana ilə dilləşməklə və bu kimi minlərlə mənasızvə axmaq işlərlə kifayətlənən bir cahil qadın. Böyük və gözəl dünyadan bixəbər,ipəkqurdu kimi öz baramamın dar və qaranlıq divarları arasında qıvrınaraqböyüyüb həyatımı sona çatdırardım. Ancaq mən belə yaşaya bilməzdim. Mən özümüdərk eləyəndən bu yana daxilimdə böyüyən üsyan bu axmaq və cahil cəmiyyətdənqaynaqlandı. Mən böyük olmaq istəyirdim və istəyirəm də. Mən bu gün doğulubsabah ölən və özlərindən sonra zərrə qədər iz buraxmayan yüz minlərlə insankimi yaşaya bilmərəm.”

Zamanın ötəsindəvurur ürəyim

Həyat yenidəndoğacaq onu

Yenidən yaşadacaq məni...

Füruğun o dövrün İranında yazıb dərc etdirdiyi çoxcəsur bir şeiri var. Günahlar və günahkarlar haqqında... Birinci misrasıbelədir:


Günah işlədim, ləzzət dolu birgünah

Titrəyən, bir bədənin yanında.

Tanrım, bilmirəm nə etdim,

o qaranlıq, susqun gecədə...

Bu şeirdə cavan şairə başqa bir kişiyə olanməhəbbətindən və gizli eşqindən bəhs edir. Bir mənada özünü ifşa edir, öz-özünüsorğuya çəkir. Şeir dərc olunan kimi aləm bir-birinə dəyir. Həm cəmiyyətinmüxtəlif təbəqələrindən təhqiramiz tənqidlərə məruz qalır, həm də ailəsindən,xüsusilə də qaynanasından ağır ittihamlar eşidir. Oğlunu görməyə qadağaqoyulur, himayədarlığı əlindən alınır. Cəmiyyət ona çirkli, namussuz bir qadıngözü ilə baxır. Füruğu ən çox tənqid edən və onu cəmiyyətdən təcrid edənlər isəziyalı təbəqə olur. 1955-ci ildə birinci şeir kitabı çapdan çıxır. Ürəkdən,səmimi sözlərlə yazan Füruğun hər misrası bir fəryaddır.


Əzablahörülmüş qadın

Oğlundan və sevdiyi insandandaha da uzağa gedir Furuğ. 1956-cı ildə İtaliyaya, ordan da Almaniyaya böyükqardaşı Əmir Məsudun yanına. O şeirə olan sevgisini atasına yazdığı məktubda bucür açıqlıyır: "Mənim üçün ən önəmli şey şeirdir. Şeir özümə vəşəxsiyyətimə qarşı duyduğum ən böyük məsuliyyətdir. Həyatıma verməkməcburiyyətində qaldığım cavablardan ən vacibidir həm də".

Furuğ 23 yaşında, 1958-ci ildəikinci şeir kitabı "Üsyan"ı nəşr etdirir. Artıq onu bütün dünyatanıyır. Pərviz onun şeirlərini görməzdən gəlsə də, atası üçün o əxlaqsız birqadın olsa da... İnsanların fikri Furuğu heç vaxt maraqlandırmayıb. Elə İbrahimGülistaniyə aşiq olduğu zaman da. İbrahim Gülistani evli idi və iki uşağı varidi. Rejissorla birgə çalışmağa başlayan Furuğun həyatında İbrahimin yeri əvəzolunmazdır. O bu yasaq sevgisini belə ifadə edirdi:


Həyat bəlkə də o çarəsiz olanandı,

mənim baxışımın sənin nəmligözlərində

özünü paramparça etdiyi

və bir duyğu var bunda

mənim

ay və qaranlığın hissi iləbirləşdirəcəyim.

Yalnızlıq ölçüsündə bir otaqda,

eşq böyüklüyündə ürəyim,

xoşbəxtliyinin sadəbəhanələrini izləyər,

Saxsıda o sevimli güllərinməhvini

və sənin baxçamıza əkdiyinfidanı

və bir pəncərə ölçüsündəoxuyan

bülbül nəğmələrini.

Bir dəfə Puran studiyaya Furuğu görməyə gəldiyi zaman, onu ağlayan görür.Puranın israrından sonra o İbrahimin həyat yoldaşına yazdığı məktubu gördüyünüdeyir. Məktubda o Furuğla sadəcə zaman keçirdiyini, onunla olan münasibətininheç bir dəyəri olmadığını vurğulayır. Furuğ özünə söz verir ki, ondanayrılacaq. Amma hər şey başqa cür olur və onların arasındaki eşq daha daqüvvətlənir. İbrahim Furuğa bir neçə dəfə evlilik təklif etsə də, rədd cavabıalır. Furuğ onun həyat yoldaşına və uşaqlarına hörmət edirdi.


Kəşf edilmiş böyük şair

İbrahim Furuğu dəflərlə İngiltərəyə kino haqqında biliklərinidərinləşdirməyə göndərir və Furuğ nəhayət ki, öz filmini çəkir. "Qaraev" adlı sənədli film Təbrizdə Cüzam xəstələrinin yaşadığı xəstəxanadaçəkilir. Furuğ film haqqında xatirələrində deyirdi:

"Mən onlara xəstə kimi yanaşmırdım. Onların yaralarına toxunurdum.Dərdlərini, ağrılarını hiss edirdim. Ona görə də onlar mənə güvəndilər. Tez-tezməktub yazıb, dərdlərini mənimlə bölüşürdülər".

Furuğ filmiçəkərkən cüzamlı bir ailənin uşağı olan Hüseyn Mansuru övladlığa götürür. Hüseyn Kamiyarınhəsrətini az da olsa, azalda bilir. Hüseyn sonradan anasının şeirlərini almandilinə ən yaxşı tərcümə edənlərdən biri oldu.

Film bir çox festivallardamükafata layiq görülür. Daha sonra UNESCO Furuğ haqqında 30 dəqiqəlik sənədlifilm çəkir. Məşhur rejissor Bernardo Bertoluççi İrana Furuğla bağlı reportajhazırlamağa gəlir, lakin həyatı haqqında 15 dəqiqəlik film çəkməyə qərar verir.Dünya artıq Furuğu kəşf etmişdi.

Furuğ bir gün İbrahimlədalaşır. Xidmətçilərin sözünə görə bu dava əvvəlkilərindən daha şiddətli olur.Və Furuğ ikinci dəfə intihara cəhd etsə də, xilas ola bilir. Lakin əcəlin onutez tapacağından xəbərisiz idi. Bundan sonra Furuğ sevgilisi İbrahimə"Yenidən doğuş" şeirini yazır və 1963-cü ildə eyni adlı üçüncü kitabınəşr olunur.

Cavan və dul bir qadının patriarxal bir cəmiyyətdəyaşaması çox çətindir. Füruğ kimi çərçivələrə sığmayan, azadlığa vurğun olan birqadın üçün isə dözülməzdir. Lakin o mətənaətini əldən vermir. Yazmağa davamedir. Dalbadal iki kitab daha çap elətdirir. Birinin adını"Divar", o birinin isə "Üsyan" qoyur.

Füruğun yazıdan başqa incəsənətin digərsahələrinə də marağı və istedadı vardı, xüsusilə də, rəsm və kino sahəsinə. 1962-ci ildə o, sənədli film çəkir.Mövzusu: "İranda cüzamlı olmaq!" Filmdə cüzamlı insanların həyatındanbəhs edir. Sənədli film dəfələrlə beynəlxalq mükafatlara layiq görülür. Füruğbu sənədli filmin çəkimləri zamanı, həqiqətən, cüzamlı insanlarla yaşayır,onlarla birlikdə qalır. Üstəlik, cüzamın keçici olduğuna inandıqları birdövrdə. Çəkimlərdə bir oğlan uşağı ilə qarşılaşır. Hüseyn adlı bu şirin oğlanınatası da, anası da cüzamdan əziyyət çəkirdilər. Füruğun ana ürəyi yanır. Onuövladlığa götürməyə qərar verir. Ailəsindən razılıq alır. Onu evinə gətirir,yedirir, içirir, oxudur, böyüdür. Füruğ dəlisov qadındır. Ürəyi geniş,xəyalları hüdudsuzdur. Ona "günahkar" deyənlər onun dünyasını anlayabilməzlər.


Son

1964-cüil 14 fevral yağışlı bir gündə kitabxanada tərcümə ilə məşğul olan Furuğanasını görməyə gedir. Anasının dediyinə görə, Furuğ onunla sağollaşarkəndodaqları hər zaman olduğundan daha soyuq idi. Və ölümünə getdiyini bilərcəsinəsürücüsünə maşını idarə etməyə icazə vermir. Sükan arxasında özü əyləşir.Darüşşal Marvdosht ve Logumanoddovleh küçələrinin kəsişməsində avtobuslatoqquşmamaq üçün maşını divara çırpır. Maşından çölə atılır və başını yoldakı səkiyəvurur. 32 yaşında xəstəxanaya çatmadan dünyasını dəyişir Furuğ...

Din adamları cənazə namazını qılmaq istəmədyi üçün,cənazəsi ikigün gözləyir. Cənazə namazını bir yazar qıldırır. Füruğun zorla əlindənalınan oğlu Kamyar İngiltərəyə mühəndis olmağa göndərilsə də, bir il sonra təhsiliniburaxıb rəsmə həsr edər həyatını və Füruğun şeirlərinin arxasından, qeyb olmuşanasını rəsmə gətirər, yenidən və yenidən var edər. Digər oğul Hüseyin isəanasının şeirlərini amlan dilinə tərcümə edər, onu İranın sərhədlərindənçıxaranların ən anlamlı üzvü olar.