Ağdaşda qadın qeysəriyyə əməliyyatından sonra öldü - YENİLƏNİB
Fevralın 18-də saat 08:44 radələrində 1991-ci il təvəllüdlü Ağdaş rayonu, Hapıtlı kənd sakini (qadın cinsli) Təcili yardım briqadası tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib.
Bu barədə Adalet.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, ona 43-44 həftəlik hamiləlik, uşaqlığın cırılma təhlükəsi, ölü döl, intoksikasiya, kəskin qan itirmə diaqnozları qoyularaq Ginekologiya və doğum şöbəsinə yerləşdirilib.
"Vətəndaş saat 11:30 radələrində "Qeysəriyyə kəsiyi" əməliyyatı ilə doğuşdan azad edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılmış reanimasyon tədbirlərə baxmayaraq zahı qadının 21.04.2024-cü il tarixində saat 10:13 radələrində bioloji ölümü qeydə alınıb", - deyə TƏBİB-in məlumatında qeyd olunur..
***
15:27
Fevralın 18-də Ağdaş rayonu, Hapıtlı kənd sakini 1991-ci il təvəllüdlü Nübar Mərdanovanın Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Doğum şöbəsində ölü uşaq doğması, bu gün günorta saatlarında isə Nübar Mərdanovanın müalicə aldığı həmin xəstəxanada ölməsi faktları üzrə Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
14:57
...
Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb.
Adalet.az xəbər verir ki, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36


Bakı -°C

