adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2021 17:52
995
İDMAN

Ağdamda Ümummilli Liderimizin xatirəsinə həsr olunmuş Unversal Döyuş turneri keçirilib - FOTOLAR

14-17 Oktyabr 2021-ci il tarixlərdə Ağdam rayonunda Unversal Döyuş İdman növü üzrə Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş, Respublika Turniri təşkil olunmuşdu , Həmin turnirdə bütün yaş qrupları uzre 400-ə yaxın idmançı iştirak edirdi .

Turnirin açılışı mərasimindən öncə, federasiya rəhbərliyi, fəxri qonaqlar, hakimlər və idmançılar ,Ulu öndərimizin Ağdam rayonundakı abidəsinin önünə əklil və gül qoyma mərasimində iştirak etmişdilər. Həmin mərasimdə idmançılar üzərində Ümummilli Liderimizin şəkilləri olan geyimlərdə olmuşlar .

Yarışda qalıb gələn İdmançıların hər birinə üzərində Ulu öndərimiz Heydər Əliyevin şəkili olan diplomlar, üzərində Ulu öndərimizin büstü olan medallar və xarı bulbul yaxa nişanları ilə mukafatlandırılmışlar. Yarışın təntənəli açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısıda iştirak etmiş, ürək sözlərini İdmançılarımıza bildirdikdən sonra, Federasiyanın Prezidenti Azər Həsənov tərəfindən turnir açıq elan edilmişdir .