adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyul 2020 21:44
15833
GÜNDƏM

Ağdamda son gecəm...

23 iyul 1993-cü il,artıq günorta saatlarından şəhərdə həyat demək olar ki, dayanıb. Bütün idarə,müəssisələr, hətta Polis Şöbəsi, MTN-inbinasının da qapıları bağlı, köçüb gediblər. Yalnız növbədə olan iki telefonçuxanım, intensiv artilleriya zərbələri altında iş başındadır. Paytaxtdan gələn zənglərsəngimir. Hamısı dözməyi, tezliklə kömək gələcəyi vədləri verirlər. Kömək isə…40 gündən artıq Ağdamın müdafiəsini qəhrəmancasına təşkil edən polkovnik TalibMəmmədovun hərbi qüvvələri bir neçə gün qabaq Surət Hüseynovun əmri ilə cəbhə xəttindənuzaqlaşdırılıb, əvəzində 709-cu briqadanın hərbiçiləri yerləşdirilib. Onlar da elə birinci döyüşdənsonra mövqeləri qoyub qaçıblar. Şəhər bir neçə istiqamətdən yerli sakinlər vəağır vəziyyətdə olan şəhəri müdafiə etmək üçün qayıdan, arxaya çıxarılmış birqrup döyüşçülər tərəfindən müdafiə olunur.

Bərabər olmayan döyüşdəbu qəhrəman oğulların uzun müddət dayana biləcəyi inandırıcı görünmür. Milli Məslisinsədri Rəsul Quliyev, "bir az da dözün, indi rus vertolyotları köməyə gələcək"vədləri ilə bizi ümidləndirsə də, nəticə görünmür. Şəhərdə az-çox qalan sakinlərdə ümidsizliklə evlərini tək edirlər... Kömək isə gəlmir.

Saat 01:00 radələri. Şəhərinişıqları tamamilə sönüb, qaranlığa qərq olub. Şəhər bomboşdu. Ermənilər şəhərifasilələrlə artilleriya atəşinə tutur. İcra Hakimiyyətinin binasında otağımda təkşam işığında oturmuşam. Sürücüm Eldar isə aşağıda maşının yanındadı. SurətHüseynovun "qəhrəman" əsgərləri bir neçə gün əvvəl qaçıb gediblər. Bugünlər ərzində şəhərin müdafiəsi bir qrup yerli döyüşçünün ümidinə qəlıb. Gün ərzindəpaytaxtdan vəd edilən "köməkdən" xəbər yoxdu. Güya kömək göndərməkistəyirlər, amma Surətin adamları yolu bağlayıb, imkan vermir. Əslində heç köməkolacağına da inanmıram. Qarabağda müharibə, Bakıda kreslo davası gedir.

Artıq Bakı ilə rabitə əlaqəsidə kəsilib, yalançı vədləri də eşitmirik. Rabitə şöbəsinin sonuncu qalan ikitelefonçu qızlarını da bir neçə saat əvvəl sürücüm Eldar şəhərdən təhlükəsizyerə çıxarıb. Ara-sıra Muradbəyli, Əhmədavar, Seyiddi, Qiyaslı istiqamətlərindəmüdafiə olunan yerli döyüşçülər, hələ ki düşmən qabağında dayandıqları barədə gəlibməlumat verirlər. Muradbəyli istiqamətində düşmən qabağında dayanan batalyonunkomandir əvəzi, Fred Asifin qardaşı Ədalət gəlir, yanındada videokameralı bir nəfərlə."Bayaqdan şəhəri gəzirəm, nə polis, nə KQB, nə hərbi prokurorluqda bir nəfərdə qalmayıb. Hamısı qaçıblar. Bizim uşaqlar dedilər ki, İcra Hakimiyyətində təkcəsən qalmısan. Gəldim görək nə edək" - deyir. Ağdamın işğal oluna biləcəyitəhlükəsi başımı o qədər qarışdırıb ki, Ədalətə nə cavab verdiyimi bu gün dəxatırlamıram. Bircə yadımda qalan onlarla pillələri aşağı düşüb, maşında olanratsiya ilə, Əfətlinin kolxoz sədrindən heç olmasa hərbi briqadanın yerindəolub-olmadığını soruşduğumdu.

Ədalət Asifinbatalyonunun hələ Muradbəyli istiqamətində düşmənin qabağını kəsdiyini, ammagüc nisbətinə görə uzun müddət kömək olmasa çətin dayanacaqlarını bildirir. Mənona bacardıqları qədər dayanmağı və briqadaya kömək dalınca gedəcəyimi deyirəm.

Saat 2 radələri... Hərbibriqadanın qərargahında ruh düşkünlü əsgər üzləri, kombriq polkovnik Talib Məmmədovköməksiz bir vəziyyətdə əlləri ilə başını tutub stola söykənib. Qərargah rəisiƏliyev familyalı mayor məni görən kimi, "Rüstəm müəllim, heyf Ağdamıitirdik" - deyir. Mən şəhərdən gəldiyimi,şəhərin hələ yerli döyüşçulərin bir qrupu tərəfindən müdafiə olunduğunu bildirəndəTalib müəllim dik atıldı və məni qucaqlayaraq "doğrudan hələ şəhərə ermənilərgirə bilməyib?", "davay getdik... - deyir.

Talib müəllim şəhərinmüfafiə olunan istiqamətlərini bir neçə saat ərzində yoxlayandan sonra hələyarım sutka da saxlamağa gücümüz çatacaq, amma kömək olmasa...

Səhəri diri gözlərləaçırıq. Saat təxminən 6, ya 7-i olar,Pensionerlər bağında üzümə su vururam. Sürücü Eldar adəti üzrə soyuqqanlılıqlamaşına söykənib səmaya baxır… 9 -dan keçib, İcra Hakimiyyətinin qarşısına maşınyaxınlaşır, şəhər icra nümayəndəsi Zülfi Qasımovla, bankın müdiri, atamın yaxındostu Gündüz Axundov gəlir.

Zülfi müəllim "səsiniratsiyadan eşitdik gəldik" - deyir.Bir neçə dəqiqədən sonra Gündüz müəllimi yola salırıq, bütün təkidləriməbaxmayaraq, Zülfü müəllim mənimyanımda qalır...

Saat 10 radələri, şəhərəintensiv artilleriya hücumları başlayır, Eldar, Zülfi müəllim və mən artıq fərqinəvarmadan sığınacaq axtarmırıq. Sankihamımızın damarlarında qanımız donub. Artıq nələrin baş verəcəyi heç umurumuzdabelə deyil. Sanki Allahın ümidiylə bu bəladan xilas olacağımıza inanırıq. Ürəyimizindərinliyində ümid, kömək gözləyirik...

Paytaxtla əlaqəsaxlamaqa çalışırıq. Rabitə şöbəsinin rəisini ratsiya ilə tapıb, təcili əlaqəyaratması ilə bağlı şəhərə gəlməsini tələb edirəm. O, "sürücüm qorxur, gələbilmir, Sarıcalıdayam, gəlin məni götürin" - deyir. Sarıcalı kəndi şəhərin təxminən 5 km-dədi, onu götürüb şəhərəqayıdırıq. Ermənilərin intensiv artilleriya atəşləri daha da güclənib. 20Yanvar küşəsi ilə Rabitə şöbəsinə yaxınlaşdığımız vaxtda, kinoteatra düşənraketin qəlpələri üstümüzə səpələnir. Geri qayıdırıq və yenə də hansısa inanmayacağımız, ümidlərimizin dəqırıldığı bir vaxtda, yenə də nəyəsə ümidlənirik. Düşünürəm ki, mənim xalqım buağır günümüzdə bizə dayaq olacaq... Ən azından köməklik göstərməyə çalışacaq."Xalqın" isə başı kreslo, hakimiyyət davasına qarışmışdı... Qarabağ onlarüçün əhəmiyyət kəsb eləmirdu... Ən azındandigər bölgələrimizin təhlükəsizliyini təmin etmək üçün Ağdamıqorumalıydıq... Qoruya bilmədik... Vətəndaş olaraq kömək gözlədik ...

Kömək isə olmadı... Vəməğlubiyyətimizinn "təməli" qoyuldu...

P.S. Bir dəfəStepanakertdə (Xankəndində) yerləşən hərbi komendaturanın 49-cu dviziyasınınkomandanı ilə söhbət edirdik. (erməniləri sevmirdi, bizə həmin vaxtlar çox köməklikləretmişdi) General dedi ki , bu müharibədə iki əsas açar məntəqə var. Əsgəranıalsanız müharibəni siz, Ağdamı versəniz ermənilər udacaqlar...

P.P.S. Heç yadımdançıxmır, 22 iyul axşam saat təxminən 19-20 radələri idi. Ağdam Milli Təhlükəsizlikşöbəsinin əməkdaşı Nadir Əliyev (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanıadını verdilər) çox pərişan bir vəziyyətdə yanıma gəldi. Dedi ki,Seydli-Qiyaslı istiqamətində 20-25 nəfər yerli uşaqlarla ermənilərin qabağındadayanıblar. Bakıdan kömək olacağını soruşdu. Dedim ki, Nadir, çətin ki... Gözləriyaşardı, ayağa qalxdı və " eybi yox, qoy kömək eləməsinlər, narahat olma,hələ ki dayanmışıq, ermənilər şəhərə ancaq mənim meyidimin üstündən keçib girəbiləcəklər. Özünü qoru, mən səni cox istəyirəm" - deyib məni qucaqlayıbgetdi.

Sonra eşitdim ki,dediyi kimi Nadir son nəfəsinə kimi döyüşüb, şəhid olandan sonra ermənilər oistiqamətdən şəhərə giriblər.

Müharibə dövründə minlərləoğullarımızın qəhrəmancasına şəhid olmasının şahidi olmuşam. Amma onun qəzəbdənnəmlənmiş gözlərini heç yadımdan çıxara bilmirəm...


Rüstəm HACIYEV