Ağdamda minik avtomobili yanaraq kül olub
Ağdam rayonunda yanğın hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, hadisə rayonun Səfərli kəndində, Sabir Əliyevə məxsus yaşayış evində baş verib.
Belə ki, "VAZ-2106” markalı avtomobil və dam yanaraq kül olub. Hadisəyə elektirik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Ev sahibin sözlərinə görə, axşam saatlarında baş vermiş hadisədən ilk olaraq xəbər tutan ailənin gəlini olub. Yanğının qarşısını almaq üçün ilk müdaxiləni də ailə üzvləri ediblər. Daha sonra hadisə yerinə yanğınsöndürənlər də cəlb olunub.
Qeyd edək ki, yanğınsöndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər tikililərə kecməsinin qarşısı alınıb.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02