Ağdamda mina partladı - Yaralılar var - YENİLƏNİB
İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Adalet.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına, 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, hadisə bu gün keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.
15:21
2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb
Digər Xəbərlər
07 Yanvar 2026 16:06
Qazaxda yanacaq daşıyan avtomobil partladı - Ölən var - VİDEO-YENİLƏNİB
07 Yanvar 2026 15:00
Cəbrayılda mina partladı - Xəsarət alan var
07 Yanvar 2026 12:21
“Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür...”
06 Yanvar 2026 20:41
Əməkdar müəllim vəfat etdi
06 Yanvar 2026 16:38
Evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO - VİDEO - YENİLƏNİB
06 Yanvar 2026 13:02
Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olundu
06 Yanvar 2026 12:28
Şəhid atası vəfat etdi – FOTO
05 Yanvar 2026 17:54


Bakı -°C

