“Ağdamda ev almaq üstündə dava gedir” - Aqil Abbas
“Kim geri qaytmır, niyə qayıtmır?! Bunlar mənasız söz-söhbətlərdir”.
Adalet.az xəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a deputat Aqil Abbas sosial şəbəkələrdə yayılan “Qarabağlılar Qarabağa qayıtmaq istəmirlər” iddiasına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, ona Ağdamda ev versələr, sevindiyindən papağını göyə atar:
“Ailəmlə gedib Ağdamda yaşayaram. Bir qardaşım var, Bakıda olurdu, bir ildən çoxdur, gedib Ağdama yaxın kənddə yaşayır ki, ev veriləndə ora köçsün. Özü də polkovnikdir. Hamı getmək istəyir. Mənə çoxsaylı müraciətlər olunur. Ora getmək istəyənlər çoxdur. Gedəndə də buradakı mənzillərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verirlər. Komitə Dövlət Sosial Müdafiə Fonduna təhvil verir. Məlumatı dəqiqləşdirmədən yaymaq olmaz”.
Müsahibimiz vurğulayıb ki, artıq kəndlər tikilib, ev almaq üstündə dava gedir:
“Şikayət edirlər ki, bizə evi gec verirlər. Ağdamın 3 kəndi hazırdır, ikisində yaşayış var, indi Xıdırlıya da köç başlayıb. Hamı ağac, gül əkir. Sarıcalıya dostum Vidadi Abbasovgilə getmişdim. Ev gördüsü etdik, o evdə çörək kəsdik.Həyətində ağac, gül, tərəvəz əkib. Qarabağda həyat qaynayır”.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

