Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 12:42
Ağcabədidə azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Adalet.az xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində qeydə alınıb.
Azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Adalet.az-a verilən məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub:
"Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Digər Xəbərlər
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56
"Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları - VİDEO
02 Aprel 2026 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
02 Aprel 2026 09:53


Bakı -°C

