Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdı
Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında çıxışı zamanı bildirib.
"Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək", - Ş. Mustafayev qeyd edib.
Digər Xəbərlər
23 Fevral 2026 19:49
Azərbaycan və Almaniya arasında ticarət əməliyyatlarının həcmi açıqlandı
23 Fevral 2026 17:31
Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçiriləcək
23 Fevral 2026 14:31
Qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək
23 Fevral 2026 14:29


Bakı -°C

