adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2015 14:55
5624
MƏDƏNİYYƏT

“Ağ babanın nağılı”nın premyerası oldu

Abdulla Şaiqadına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı səhnə əsəri balacateatrsevərlərin ixtiyarına verilib.

Adalet.az-a veriləm məlumata görə, məşhurAzərbaycan xalq nağılı "Qoca ilə Şir"in motivləri əsasında səhnələşdiriləntamaşa "Ağ babanın nağılı” adlanır.

Teatrın başrejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özününmaraqlı mövzu və ideyası ilə seçilir.

Uşaqlaradürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanınquruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı RespublikanınƏməkdar artisti Anar Hüseynlidir.

Ağlınəhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşadahumanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

Komik epizodlarfonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilənəticələnir. Uşaqlara xoş anlar bəxş edən yeni səhnə əsərində əsas obrazlarıteatrın aparıcı aktyorları, Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cavidİbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov,Firuzə Nəsibli ifa edirlər.