DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunmuşdur.
Bu barədə Adalet.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxmış, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdirmişlər.
Digər Xəbərlər

Prezident DTX ilə bağlı FƏRMAN İMZALADI

İlham Əliyev xüsusi təyinatlı avtomobili sürdü - FOTO

Prezident Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTOLAR

ƏDALƏT PARTİYASI SƏDR AXTARIR

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

İlham Əliyev Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FOTOLAR

"Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür" - Elşad Hacıyev
