adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2019 12:11
21063
İDMAN

AFC 8-ci turnirini Qəbələdə keçirəcək

Avqustun 11-də Qəbələdə "Qafqaz Sport" oteldə saat 18:00-da MMAüzrə ilk peşəkar Azərbaycan liqası olan "AFC - ASED FİGHTING CHAMPIONSHIP"bölgələr turuna start veriləcək. Yarışdan bir gün öncə "Qəbələnd" istirahətmərkəzində saat 18:00-da "Face to face” (döyüşçülərin üz üzə gəlmə tədbiri) olacaq.Bu barədə "AFC - ASED FİGHTING CHAMPIONSHIP"liqasinin dünya rəhbəri Turan Qulamzadə məlumat verib.

O, bildirib ki, yarış çərçivəsində ümumilikdə12 döyüş keçiriləcək ki, bu döyüşlərin 4-də "Qəbələ" İdman Klubunun idmançılarıöz gücünü sınayacaq. Turnirdə yerli idmançılarla yanaşı, İran və Rusiyanın Krosnodarvilayətindən olan güclü idmançılar da tatami üzərinə çıxacaqlar. Yarış günü"Ased Fight" clubunun Qəbələ təmsilçiləri Tərlan Gulalıyev və Fuad Musayevilk döyüşə çıxacaqlar. Sonra isə "Qəbələ" İdman Klubunun 2 idmançısı qalibadı uğrunda mübarizə aparacaq. Yarışda 71 kq çəki dərəcəsində Gündüz Məmmədli çıxışedəcək. Gecənin son və əsas döyüşü 61 kq çəki dərəcəsində baş tutacaq ki, burada"Qəbələ" İdman Klubunun yetirməsi Elgün Həmzəyev və türk idmançı İmranKerim kəmər uğrunda münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, bu yarış ilk bölgə turniridir.Məlumat üçün bildirək ki, AFC ilk peşəkar Azərbaycan təşkilatı olaraq "Fightmatrix"-dətəmsil edir və son bir il ərzində ölkəmizi dünya reytinqində 16-cı yerə çıxarıblar.