adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Fevral 2020 10:15
94719
MÜSAHİBƏ

Afaq Məsud: “Xalq azad nəfəs almaq istəyirdi” - MÜSAHİBƏ

Ukrayna qəzetində Xalq yazıçısı Afaq Məsudun müsahibəsi dərc olunub. Adalet.az müsahibəni oxucularına təqdim edir:


– Afaq xanım, Sizinyaradıcılığınız Ukrayna oxucularına yaxşı tanışdır. 2017-ci ildə KiyevdəUkrayna dilində nəşr olunan "Azadlıq” kitabınız burada böyük maraqla qarşılandı.İlk öncə, Ukrayna və ukrainlər haqqında təəssüratlarınızı, fikirlərinizi bölüşməyinizixahiş edirik.

– Ukraynahər zaman Azərbaycan üçün doğma məkan, ukrainlər dost, qardaş olub. Tarix boyuhər iki xalqı bir-birinə bağlayan bu doğmalıq bu gün də yaşanmaqdadır. Bu, heçbir maddi, ya siyasi marağa dayaqlanmayan, təmənnasız, əzəli bir bağlılıq, ruhidoğmalıqdır. Düşünürəm, bu doğmalığın təməlində hər iki xalqın oxşar mentalkeyfiyyət və xüsusiyyətləri dayanır. İlk növbədə, böyük insan sevgisi, mərhəmət,dözümlülük, mənəvilik və səmimiyyət.

– Ukrayna ədəbi tənqidçiləri"Azadlıq” romanını müzakirə edərkən, simvolizm barədə xeyli danışdılar.Simvolizim Sizin yaradıcılığınızda hansı yeri tutur? Məlumdur ki, Azərbaycan mədəniyyətində,mentallığında hər bir sözün, hərəkətin simvolik mənası var... Ukrayna oxucusuüçün də bu, olduqca maraqlı, eyni zamanda, bir qədər mürəkkəb, əsrarəngiz təsirbağışlayan məqamdır...

– Simvolizmtəəssüratını, olsun ki, əsərdə təsvir olunan real həyatla paralel şəkildə,hansısa ələgəlməz, şəffaf aləmlərdə baş verən hadisə və situasiyalar yaradır.Reallığın alt qatında yatan gizli həqiqətlərin sirri də, həmin bu ərazilərdəaçılır. Bu mənada, əsər, boş görüntü hesab etdiyimiz yuxularımızın şüuraltımızdayatan qədimdən-qədim, gizli həqiqətlər dəfinəsi olduğunu, bu aləmin, reallığınözü qədər, bəlkə ondan daha gerçək və həlledici olduğunu sərgiləyir.

– Romanı yazmağa Sizinə sövq etdi?

–"Azadlıq” 90-cı illərin əvvəllərində – Azərbaycan öz müstəqilliyi uğrundamübarizəyə qalxdığı keşməkeşli dövrlərdə yazılıb. O illər Bakının dənizkənarıbulvar tərəfində yerləşən Azadlıq meydanı Azərbaycanın döyünən ürəyinəçevrilmişdi, məmləkətin dörd bir yanından bura insanlar axışır, hər tərəfdən "Azadlıq”sədaları eşidilirdi. Bu, hədsiz təsirli bir mənzərə idi. Uzun illər sovetlərbirliyinin tərkibində, sovet ideologiyası əsarətində boğulan xalq, artıq azad nəfəsalmaq istəyirdi. Bütün bu hadisələrdə təbii ki, mən də iştirak edirdim,insanların günlər və həftələrlə meydanı tərk etmədiyini, soyuq gecələrlətonqallar qalayıb, çadırlarda yatdığının şahidi olurdum. Eyni zamanda, bu izdihamlıxalq hərəkatına qatılan, lakin ölkədə nə baş verdiyini anlamayan, ora, Vətəninindərdi, yaxud, hansısa azadlıqlar üçün yox, neçə illərdən bəri üst-üstə qalananxırda, məişət dərdləriylə gəlib, o birilərlə bir "azadlıq!” – deyə qışqıraninsan kütlələrini də görürdüm. Bu isə, tamam ayrı, sarsıdıcı bir mənzərə idi.Onda məni belə bir hiss bürüdü ki, bu adamlara baş verənlərin mənasınıanlatmaq, azadlığın mahiyyətini izah etmək lazımdı. Roman belə yazıldı.

– Romanı "Azadlıq”adlandırmaqla bu anlayışa, sanki hansısa məxsusi mənalar vermisiniz…

–Bilirsiniz, azadlıq – alt qatında xeyli sayda anlaşılmaz sirlər və mətləbləryatan, yarıqaranlıq dəhlizlər və döngələrlə dolu, müəyyən mənada Kainatın özü qədərələgəlməz, mistik məfhumdur. İstər ona insan hüquq və azadlıqları prizmasından,istər xalq azadlığı, yaxud fərdin daxili azadlığı prizmasından yanaşanda belə.Mən özüm də bunu romanı yazmağa başlayanda anladım. Yəni burada mətləb və nəticədaha dərindədir. Söhbət xalqın, millətin təyinatçısı olan Fərdin daxili azadlığındangedir – fizioloji varlıq olaraq, öz bədəninin vəziyyətindən asılı olan, hər anxəstələnməyə, zamanla qocalmağa, sonda ölümə məhkum olan fərdin daxili azadlıqhissindən gedir... Və həmin bu fərdin, hətta öz yorğan-döşəyində, sanki bir kimsəninmüdaxilə edə bilməyəcəyi intim, səssiz yuxularında belə azad olmadığı, ayrısözlə desək, taleyinə yazılmış sirli alın yazısının icrasından yuxularında belə,bircə addım kənara çıxa bilmədiyi qaçılmaz həqiqət kimi ortaya çıxırsa, beləolan halda hansı azadlıqlardan danışmaq olar? Eyni mənzərə ilə "azadlığ”ın digəraspektlərində də üzləşməli oldum. Yəni mətləbin dərininə vardıqca, hər kəsin vəhər şeyin – insanların, ölkələrin, xalqların, ümumiyyətlə bütün yaradılanlarınbir-birindən, hansı mənadasa asılı, yaxud, bir-biriylə necəsə bağlı olduğunun,bu asılılıqlar və bağlılıqlar dolu kip yaşam strukturunda azadlığı harada vənecə axtarmağın acı həqiqəti ilə qarşılaşdım.

– Simvolizmdən söz düşmüşkən,"Azadlıq” romanı Ukrayna oxucusuna təqdim olunduğu dövrdə ölkəmiz əsərinizdə təsvirolunan həmin mərhələni yaşayırdı, sanki əsərdə Ukraynada baş verənlər təsvirolunurdu. Dediyim odur ki, Sizin "Azadlıq” romanınız Ukraynanın mürəkkəbdurumunda bir çoxlarımıza mənəvi dayaq oldu. Bəlkə, burada da bir rəmzi mənavar. "Azadlıq” Ukraynaya məhz ölkənin bu kitaba ehtiyac duyduğu dövrdə gəlibçatdı? Bu barədə nə deyə bilərsiniz?

– Ümumiyyətlə,bu gün ətrafımızda baş verənlər, yəni real aləmlə, romanda təsvir olunan həmin irreal,incə aləmlər arasındakı sərhədlərin tədricən şəffaflaşdığı, bu prosesin,getdikcə, özünü daha qabarıq şəkildə biruzə verdiyi hiss olunur. Sanki həyatımız,baş verən hadisələr, həm də necəsə, bizim bilmədiyimiz, anlamaq iqtidarındaolmadığımız, hansısa ayrı mənalar və əhəmiyyətlər kəsb etməyə başlayır. Məsələn,deyirsiniz, "Azadlıq” romanı, sanki Ukraynada baş verənləri əks etdirir,kitabın, məhz bu dönəmdə Ukraynaya yol açmasını rəmzi mənalarla əlaqələndirirsiniz.Eyni fikir Gürcüstanda, Rusiyada, eləcə də roman tərcümə, yaxud nəşr olunduğudigər ölkələrdə də səsləndirilir. Burada, sözsüz ki, mistik məqamlar və səbəblərvar. İlk baxışda, səbəblərdən ən üzdə olanı budur ki, əsərdə təsvir olunanlartarix boyu dünyanın bir çox ölkələrində yaşanıb və bu gün dəyaşanmaqdadır. Yer üzündə elə bir xalq yoxdur ki, azad cəmiyyət, demokratik dəyərlər,azadlıq idealları və daha hansısa azadlıqlar uğrunda mübarizəyə qalxmasınlar. Yənibu, min illərlə belə olub, düşünürəm, belə də olacaq. Görünən budur ki, uğrundaölümə gediləsi İnsanlıq hər zaman azadlığa – ən ali həyat neməti, İnsanlıqHaqqı kimi can atıblar. Və məsələyə bir qədər dərindən yanaşanda, yəni xalqı,toplumu təmsil edən Fərdin daxili azadlıq məsələsinin mahiyyətinə varanda,özünü, hansısa izaholunmaz, dərkedilməz həqiqətlərin astanasında hiss edirsən,bu məsələyə hər hansı aydınlıq gətirməyin – Kainatı, onun sərhədlərini təsəvvürəgətirmək qədər mümkünsüz bir iş olduğunu, bunun, bəlkə də, ruhun dərkedilməsirri qədər insanlığa yasaq edildiyini anlayırsan.

– Romanda Heydər Əliyevinhakimiyyətə gəlişinə qədərki dövr təsviredilir. Bu, dövlətçiliyə qarşı təhlükələrin yarandığı taleyüklü, tarixi bir mərhələidi. Ukrayna da eyni yolu keçdi. Sizcə, Ukrayna oxucusu "Azadlıq” romanındadövlətçiliyə qarşı yönələn təhlükələrin aradan qaldırılmasını, ölkəsinininkişaf yoluna qədəm qoymasını təmin edəcək impulslar tapa bilərmi?

– Roman ilk baxışda tarixi əsər təsiribağışlayır. Onu belə də səciyyələndirməkolar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda baş verən ictimai-siyasihadisələr, öz müstəqilliyi uğrunda ayağa qalxan xalq kütlələri, Bakının mərkəzindəyerləşən Azadlıq meydanında baş verənlər – savadsızlığı və təcrübəsizliyiucbatından ölkəni uçuruma sürükləyən oyuncaq hökumət, səriştəsiz dövlət təmsilçilərininxalqın gözü qarşısında sərgilədiyi tragikomik olaylar və sair və ilaxır. Roman– insan azadlığı, ictimai-siyasi, sosial azadlıqlar problemi, meydan hərəkatı vəsair baxımından bu gün dünyanın bir çox ölkələrində baş verənlərlə səsləşməyədavam edir, bu səbəbdən də hər yerdə maraqla qarşılanır. Janr etibariləsə bu, psixoloji-mistik dramdır, yəni"azadlıq” deyilən məfhumun, az qala toxuma səviyyəsində araşdırılmasıdır. Dövlətçiliyəqarşı təhlükələrin aradan qaldırılmasına gəlincə, düşünürəm, əsər bu baxımdanda kifayət qədər impulsivdir. Yeri gəlmişkən, romanın birinci fəslində təsvirolunanlar, obraz və situasiyalar o dövrün reallığını əks etdirir. Bu fəsildə sovetlərbirliyinin buxovlarından yenicə azad olmuş sahibsiz ölkəni, hakimiyyəti ələkeçirən, dövlət, dövlətçilik məfhumundan bixəbər bir dəstə adamın xalqın başınagətirdiyi müsibətlər təsvir edilir və bu gündən keçmişə nəzər salanda, həmin ohəlledici dönəm Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkəsini, xalqını dərinvə çıxılmaz uçurumdan xilas etdiyi danılmaz tarixi həqiqət kimi ortaya çıxır.

– Məlumdur ki, AzərbaycanQərblə Şərqin arasında yerləşir. Azərbaycanlılar özlərini Şərq, yoxsa Qərb mədəniyyətininbir hissəsi hesab edirlər?

– Azərbaycanın qədim və zəngin mədəniyyəti var. Bu yazılı tarixbizim eranın birinci minilliyinin sonlarından – qədim Dədə Qorqud dastanıylabaşlayır, dünya fikir xəzinəsinə misilsiz töhfələr vermiş Əfzələddin Xaqani,Nizami Gəncəvi, bu il 650 illik yubileyi Ukraynada da qeyd edilən İmadəddin Nəsimi,Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər söz dahilərilə davam edir. BəstəkarlarımızÜzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Vaqif Mustafayev, əsərləridünya muzeylərində saxlanan rəssamlarımız – Səttar Bəhlulzadə, Cavad Mircavadov,Toğrul Nərimanbəyov … yeni siyahını sonsuza qədər uzatmaq olar. Fikir, duyğu vədüşüncə arealı ilə dünya mədəniyyəti tarixinə yeniliklər gətirmiş dahilərimizçoxdur. Və bu belə müxtəlif çalarlı zəngin mədəniyyəti nə Qərbə, nə də bütünlükləŞərqə aid etmək düzgün olar. Bu, ümumbəşəri dəyərlərdir. Bizim muğamat bu gün dünyanınhər bucağında Amerikada, Avropada heyrət doğurur.

– Ukraynaoxucularınıza nə arzulardınız?

– İlk növbədə, fərd və millət olaraq özünü dərk etməyi,müstəqilliyi qoruyub saxlamağı, dünyaya hər zaman açıq olmağı, haqqa, ədalətəaparan yolu tezliklə arayıb- tapmağı və ona çatmağı.

– Müsahibəyə görə təşəkküredirəm.

Kiyev, MarinaQonçaruk