adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2020 10:20
51391
ƏDƏBİYYAT

ADINA “DOST” DEDİKLƏRİN... - KƏRAMƏT yazır

Dünyanı dost və düşmənə bölmək onu ağ vəqaradan başqa rəngdə görməmək kimidi. Məncə, burada vurğulanmasə gərək olan,anlaşdıqlarımız və anlaşa bilmədiklərimizdi. Düşüncə və ruhun eyni ladlardaifadəsi kimi bir şey. Dünyaya göz açandan bəri ətrafımız adam dolu...Ətrafımızında ətrafını bizlər yaradırıq və həyatın müəyyən mərhələlərindəqazandığımız-itirdiyimiz kimsələr olur. Kimlərisə itirə-itirə ömür yolumuz MÜXTƏLİFTALELƏRDƏN, ÖZÜ QƏDƏR MÜRƏKKƏB, HƏMİŞƏizaha möhtac insanlardan keçib gedir, bizi də kimlərsə itirir, lap deyəkki, daha ondan ötrü maraq, cazibə mərkəzinə çevrilmirik, başqa cəzb yerləri-ünvanlarıarayır hamı. Mən şəxsən kimdənsə vəfa gözləməmişəm, amma dəyər gözləmişəm,(amma bundan ötrü sinov getməmişəm, inciməmişəm də, sadəcə gülüb keçmişəm) əlahəzrərətHAQ –dan ötrü. Halbuki "Həyatda haqaramaq , Özü də haqsız işdi” yazan da elə özüməm, bunu da deyim...qoy fikrimyarımçıq qalmasın, kiməsə kin bəsləmək fitrətimdə yoxdur, mənə bəslədiyinankorluq olsa , belə. Az, lap az adam olur ki, biz ömür yolumuzu onlarla davamedirik, yox, bu da doğru deyil,”Ömür təkadamlıqyoldu”, tez-tez görüşməkdə, biri-birininişinə yaramaq, biri-birinin şəninə tost demək kimi amillərdən söhbət getmir.Söhbət ondan da getmir ki, biz ətrafımıza vasitə kimi baxırıq, müəyyən mənzil-məqsədəqədər, sonra "əlvida”, başqa pilləkənlər, tramplinlər. Bir dostumuzyarızarafat-yarıciddi dedi ki, o sənin tələbə yoldaşın var ya..qoymur e biz dəbir nazirə, deputata yaltaqlanaq, kəsib qabağımızı. Burası heç... Üzünü döndərib getməyə həmişə əsas var, ammao da var ki, o biri üzlər küsdüyün üzə "rəhmət” oxutdurur. Belə bir girişə dəuşaqlıq-gənclik-qocalıq adlı ömür dayanacaqlarında həsbi-hal etdiyim Xudayar Hənifəoğlu Rəhimov səbəbkardı, daha doğrusu, onun qəfildən xəstələnməsi,müalicə üçünİstanbula gəlməsi. Doğrusu, duyğulandım, "niyə”si o qədər ki...

O, Respublika Prezidentinin sərəncamı iləPespublikanın Əməkdar Mühəndisi adına layiq görüləndən dörd ay sonra təbriketdim və xəbərdar olmadığımı bildirdim. Halbuki bu dörd ay ərzində, yalanolmasın, qırx dəfə görüşmüşük, özü də heç dilinə gətirməyib . "Bağışla” deyincəgüldü, -Özünə də belə münasibət bəsləyirsən,-pıçıldadı. Mən də məmnun qaldım,düşündüm ki, nə yaxşı məni də düzgün anlayan varmış. Həmişə ətrafdan ədalətgözləyən bizlər nə qədər ədalətliyik, bundan da əfzəli ətrafımızdakılarıdoğru-düzgün anlaya bilirikmi? Bu dəfə çox dalğındı və qəribəsi bu idi ki, xəstəliyilə,əməliyyatdan çıxması ilə bağlı deyildi. Səbəbini soruşdum,-......oğlu Filankəsitanıyırsan da, həmişə buna yaxşılıq eləmişəm, orda-burda hədyan-böhtandanışır-yazır. Görəsən niyə?-o da sualıma belə sualla cavab verdi. "Gör nəyidüşünürsən, bu zad məhkəmə qərarı ilə rəsmən dələduzluqdan məhkum olunub, hələ5-10 nəfər mənim bildiyim qohum-əqrəba abrına qısılıb hüquq-mühafizəorqanlarına müraciət eləməyib, sən də bunu bilirsən, gör bu məqamda nəyi, kimifikirləşirsən, boş ver, sən allah bu ikiayaqlı məxluqatları”.

Ailədə də, dostlar arasında da söz-söhbətolur, umu-küsü də , amma elə adamlar var ki, "üzünə bax, beş il iş versorğu-sualsız”(rəhmətlik Camal Yusifzadə tez-tez işlədərdi bu təyini və sonraxırda-xırda gülərdi.) Yuxarıda sözügedən dələduz da bu qəbildəndi, hətta dələduzluğunüz qarasıdı, adam adamı aladatmaz,-bu heç, busa xalasını,bibisini aldadıb.,kəndinağsaqqalının təqaüdünə göz dikən şərəfsizin biridi.

Arada o qədər maneə-divar-adam olurki...fikrən-ruhən çox doğma olan insana da yetə bilmirsən. Yenə də çoxdan, lapçoxdan yazdığım bir şeirin misraları girir araya: "Bu qədər gözləyəni gözlətməzlərbu qədər, Adamlar arasında gizlənməzlər bu qədər”. Ucundan tutub ucuzluğagetdik. Nə isə... Bu günlərdə 45 ildi –uşaqlıqdan bəri münasibətimizi üst səviyyədəqoruduğumuz (mənimlə dolanmaq, yola getmək çətin olduğunu vurğulamasam ədalətsizlikkimi görünər, yəni heç özüm-özümlə anlaşa bilmirəm) Xudayar dostum (Rəhimov)İstanbulda xəstəxanada ağır əməliyyat keçirdi, şükür ki, salamatlıqdı. Bu yazımşeirdən çox sağlamlıq diləyimdi. Ömrümün müxtəlif labirintlərini, keçidləriniyada saldım və bunları yazmaq keçdi könlümdən. Onu da deyim ki, pisliklərinkökü kəsilmədiyi kimi yaxşılıqlar da daim var olacaq, ola bilər ki, şəkli dəyişimlərəuğrasınlar. Yaxşılar ona görə azdılar ki, fikrən-ruhən çoxdular, pislər cismən-fizikənçoxdular amma. Xudayar seçilən, güclü xarakterə sahib, kerçəkliyi oxuya bilən,intuitiv şəkildə dı olsa, kimin kim, nəyin nə olduğunu bilən dostdur.


TOYA GƏL İSTANBULA

Ağrima-acıma, dost,

Dünya belə dünyadı

Duadadı əllərim

Bakı-İstanbul reysi

Səni toya gətirsin

İstambulun yolları

Həmişə yolda qalır

Xəstəxana gözləri

Həkim xalatı kimi

Ağappaq olur xəstələrin üzləri

Xəstəxana divarı.

Yollara baxmaqdan

Böyüyür, böyüyür xəstələrin gözləri

Bir qaraltı görüncə

Çiçəkləyir

Xəstələrin üzləri.

sarı olar, sapsarı

Pəncərə önündəki ağacın yarpaqları

Baharda belə.

Yüz xatirə var bəlkə

ələk-vələk olunmuş

xatirələr olmasa,

minbir adam içində

xəstələt yalqız, yazıq,

xəstələr tək olurmuş.

Qeybdən gələn səs kimi

Bir dost da gəlir ərklə

-Dur ayağa, qalx gedək

Belə səslənir bərkdən.

"Keçmiş olsun” deyirəm

Azar-bezar dünəndə...

Məndən də salam söylə

Uşaqlara, quşlara

Kəndimizə dönəndə.

Uzaq ol qeylü-qaldan

Ağrın geridə qalsın

Elin gözü yoldadı

Xuda sənə yar olsun