adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Noyabr 2016 15:00
88758
MÜSAHİBƏ

Adil Əliyev:“Birincilik elə də asan olmadı” - MÜSAHİBƏ

İtaliyanın Karreraşəhərində qazandığı yüksək nəticə ilə Azərbaycan himninin sədalanmasına səbəb olanmillət vəkili Adil Əliyev böyük yarışa gedən yoldan, qazandığı qələbədən danışıb.Qeyd edib ki, əldə olunan nailiyyət heç də asanlıqla başa gəlməyib.

-Adil müəllim, necəoldu ki, yarışa qatıldınız?

-Yarışa qatılmağımızlabağlı əməkdaşlıq etdiyimiz VAKO Federasiyasından təklif gəldi. Biz də bu təklifləridəyərləndirdik və sonda qərara aldıq ki, yarışa qatılaq. Mənim özümün rinqə çıxmağımlabağlı bir sıra tərəddüdlərim var idi. Uzun zaman idi ki. rinqə çıxmırdım. Bu yarışlardaən əsas məsələ çəki məsələsidir. Çəkini normada saxlamaq, bunun üçün gündəlik məşqetmək lazımdır. Dəvəti dəyərləndirərkən rinqdə öz gücümü sınamaq qərarına gəldim.Açığı buna çəkim də imkan verirdi. 1 ay ərzində gündəlik məşqlərə qatıldım. 84 kiloqramlarinqə çıxdım və qalib oldum. Bu yarışda nəticədən daha çox prinsipiallıq mövqeyiniqoruyub saxlamağı düşünürdüm.


-Rəqibinizi tanıyırdınızmı?

-Rəqibim Ruminiyalıidmançı idi. Düzü, bu idmançı ilə bağlı dərin informasiyam yox idi. Rinqə çıxdıq.Bizim yarışın digər yarışlardan fərqi ondadır ki, gənclər və yeniyetmələr 3 dəqiqərinqdə olur. Veteranlar isə 2 dəqiqə ərzində öz bacarıqlarını nümayiş etdirirlər.Çətin döyüş oldu. Ancaq buna baxmayaraq sevinən tərəf biz olduq.

-Yeri gəlmişkən butipli yarışların Azərbaycanda keçirilməsi ilə bağlı hər hansı təklifləriniz varmı?

- Bu yarışın yox,VAKO versiyasının Bakıda dünya və yaxud Avropa çempionatı şəklində keçirilməsi üçünmüvafiq təşkilatlara müraciət etmişik.

- Qazandığınız mükafatınməbləğini açıqlaya bilərsiniz?


-Butipli yarışlarda pul mükafatı olmur. Sadəcə birinciliklə bağlı medal, bir də təşkilatlarınsuvenir hədiyyələri olur.

-Adilmüəllim, belə bir təklif səsləndirilir ki, Dünya Azərbaycanlıları İdmançıları Birliyiyaradılsın. Sizin bu təklifə münasibətinizi bilmək istərdik.

-Butəklifi yüksək dəyərləndirirəm. Ancaq bu gün xarici ölkələrdə olan azərbaycanlılararasında müəyyən problemlərin olması bu və ya bu kimi təkliflərin reallaşmasınaimkan vermir.

Ədil Ədilzadə