adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2020 12:57
8748
GÜNDƏM

Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq səlahiyyətimiz yoxdur.

Bunu Milli Məclisin vitse spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, insanlar təmsadan yayınmalıdır: "İnsanlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, insanları təmasdan yayındırmaqdır.

Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərərgahın qaydalarına ciddi şəkildə əməl etməlidir. Xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq”.