Adamları bıçaqlayıb qaçan iki qardaş axtarılır
Daxili İşlər Nazirliyi Xaçmaz şəhərində ölümlə nəticələnən insidentlə bağlı məlumat yayıb.
Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 24-nə keçən gecə Xaçmazda şəhər sakinləri Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl münaqişə zəminində həmyerliləri Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerinindən qaçıblar.
Nəticədə Elşən Əhmədov hadisə yeridə ölüb, Eyvaz Cəbrayılov və Emil İsayev xəstəxanaya yerləşdirilib.
Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Coşqun və İsmayıl Cəbrayılov qardaşları əvvəllər məhkumluq həyatı yaşayıblar.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02