adalet.az header logo
  • Bakı 26°C
  • USD 1.7
23 May 2022 10:57
199
DÜNYA

Adambaşına gəlir 50 min dollardır, amma…

Orada yaşayan bir həkimin yazdıqlarını oxuyarkən “bu qədər də yox da, çox şişirdir” deyə düşünməyə başladım. Oxuduqlarıma başqa mənbələrdə rast gəlincə isə inandım.

Söhbət Finlandiyadan gedir.

Əvvəlcə onu qeyd edim ki, bu ölkədə yoxsul insan tapmaq çox çətin məsələdir. Xalqın yaşayış standartı ümumilikdə çox yaxşıdır.

Əgər bir finli alkoqol, narkotik maddə və ya qumar alüdəçisi deyilsə, heç kimə möhtac olmadan rahat ömür sürə bilər.

Çətin vəziyyətə düşəndə isə dövlət öz dəstəyini o dəqiqə hiss etdirər.

Buna rəğmən insanlar çox qənaətcildirlər.

İstehlak çılğınlığı bu Nordik ölkəsinə hələ gəlib çatmayıb. İnsanlar heç vaxt qida və digər istehlak xərclərində israfa getmirlər.

Finlilər ancaq çox gərək olduqda yeni bir şey alırlar.

Köhnəlmiş paltarlarını, əşyalarını ya qeyri-hökumət təşkilatları vasitəsilə ehtiyacı olanlara çatdırır, ya da ikinci əl marketlərdə və internetdə satırlar.

Uşaqlı ailənin bit bazarından paltar geyinməsi - gəlirləri çox yaxşı olsa belə - heç kəsə qəribə gəlmir və yetkinlik və təvazökarlıq əlaməti kimi qəbul olunur.

Bu şimal ölkəsində insanlar soyuq iqlimin tələb etdiyi rahat paltarlara üstünlük verirlər.

Bunu bir misalla açaq:

“Mathematics World” jurnalına yazan oxucu “Niyə bizim riyaziyyatçıların köynəkləri həmişə köhnə olur?” sualını verir.

Redaktor isə cavab verir ki, geyindiklərinə görə deməli, hələ köhnəlməyiblər.

İsrafdan qaçan, təbiətə uyğun həyat tərzi keçirən insanlar ölkəsi kimi məşhur olan Finlandiyada çox bahalı və dəbdəbəli avtomobillər o qədər də diqqət çəkmir!

Yayda təsadüfən bu ölkədə olsanız, plastik başmaqda gəzən insanları görəndə təəccüblənməyin!

Çünki Finlandiyada plastik başmaq ilə çimərliyə, alış-verişə, restoranlara gedə bilərsiniz...

Üstəlik, müəllimlər hətta başmaq ilə sinfə girə bilər, istəsələr ayaqyalın dərs də keçə bilərlər!

Tərliklər köhnələndə adətən 1 avroya satılır. Yararsız vəziyyətə düşəndə ​​zibil qutusuna atılmır, tullantı qutularına atılır. Bununla da ətraf mühitə dəyən ziyanın qarşısı alınır və təkrar istifadə təmin edilir.

Finlandiyada adambaşına milli gəlirin 50 min dollar olduğunu bildirməklə yazımızı bitirək!

 

Eminquey