adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Sentyabr 2018 12:41
13906
MARAQLI

Adam öldürmüşəm, heç kimin xəbəri yox

Son vaxtlar yuxularımda çox əzab çəkirəm. Kabuslar,insanlar yaddaşımı zəbt ediblər. Beynimin içində əməlli-başlı məskən salıblar.Yuxudan ayılandan sonra özümə gəlməyim bəzən günlərcə çəkir. Özümə sula verirəmki, bilmədən kimisə öldürmüşəm? Kiminsə haqqını yemişəm? Suallarım cavabsızqalır. Həyatım qaydasında, mehriban bir ailəm var. Bəs niyə yaddaşım mənə işkəngcə verir?

Yaşadığım müddətdə çox ayrılıqlar yaşamışam. İnsanfiziki cəhətdən ayrılır, ancaq mənəvi tərəfdən ayrılmır, qopmur. Zamanlaayrıldığın adamın üzü-gözü, gülüşləri, dediyi sözlər yaddaşında kök salır.

Dünən gecəki yuxumun təsirindən hələ də çıxa bilmirəm.Deməli, görürəm ki, bir təsadüf nəticəsində adam öldürürəm. Bir müddət keçir.Heç kimin bu cinayətdən xəbəri olmur. Ancaq polislər, müstəntiqlər məni axtarırdılar. Nəhayət ki, tapırlar. Saatlarca gedən sorğu-sualdan sonra mənim işimi gün üzünə çıxardırlar. Əlimə qandal vurub, həbsə atırlar məni. İlahi yuxudan necə qışqırıqla oyandımsa ev əhli dik atıldı. Bir neçə dəqiqədən sonra özümə gəldim ki, bütün bu olanlar yuxu məhsuludu. 

Koreyalı rejissor Kim Ki Dukun "Yuxu” filmi yadımadüşür. Sevgilisindən ayrılan oğlan yuxularında dəhşətli dərəcədə əzab çəkir. Oğlan köhnə sevgilisini unuda bilmir,yuxularında onu axtarır. Qız isə lunatikdir, zəhləsi getdiyi köhnə sevgilisininyanına gedir, özü istəmədən. Xatirələr də əzab verir. Əzablara tab gətirəbilməyən qəhrəmanımız əlini, ayaqlarını kəsik-kəsik edir ki, yatmasın. Çox dəhşətfilmdir.

Bəzən gecənin bir yarısı qan-tər içində yuxudanayılıram. Soyuq su ilə üzümə su çırpıram, bir siqaret yandırıb, pəncərimizdənboş yola baxıram, daha doğrusu donub qalıram. Yuxunun təsiri ovqatımıdarmadağın edir. Heç nə düşünə bilmir, key kimi oluram.

Ancaq həyatda gördüyümüz şeyləri yuxuda görürük.Çox vaxtı yuxuda tanımadığımız insanları görürük. Lakin, unutmaq lazım deyilki, təfəkkürümüz insan simaları yarada bilmir. Yuxuda görüb tanımadığımızinsanlar həyatda görüb sadəcə unutduğumuz simalardır. Unutmaq isə heç vaxtmümkün olmur. İnsan itirdiyini itirir, ancaq yaddaşını, xatirələrini yaşadığımüddətdə itirmir.

Azərbaycanədəbiyyatı yuxularla zəngindir. Az qala bütün obrazlar yuxu görürlər. İsaHüseynovun "Tütək səsi” povestində, Yusif Səmədoğlunun "Qətl günü” əsərində,Mövlud Süleymanlının "Köç” əsərində, Anarın əsərlərində, Afaq Məsudun "Azadlıq”və "İzdiham” romanlarında yuxudan geniş istifadə olunub.

Əslində qorxulu yuxular nədir? Niyə insanlar belə yuxular görürlər?Həqiqətən edilən cadu və bu kimi əməllərin insan yuxusuna təsiri varmı?Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlartam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləriüst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxuinsanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isəfərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzənbaşına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna vəbənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyilki, hər yatdığımızda yuxu görürük. Alimlərin araşdırmaları göstərib ki, səndemə, yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya uzanır vəgözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır, insanyuxuya gedir. Alimlərin fikrincə, yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirəndərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbiiolaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. İnsanlarınçoxu yuxuları ağ-qara gördüklərini söyləyirlər. Daim yorğun və başı hər hansımövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxulargördüklərini söyləyirlər. Əksərən onlar fikirləşdikləri məsələni yuxularında dagörürlər. Belə yuxuları yozmaq mümkün deyil.

Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıqişıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hərgün düşüncəmizin küçələrində əli cibində veyl-veyl dolaşan adamlar yaşayır.Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim obiri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəifssenaridə, montajı olmayan film kimi.