Adalet.az-ın yazısına İcra Hakimiyyətindən reaksiya: “Xahiş edirik nəzərə alasınız”

Xəbər verdiyimiz kimi 07.03.2023-cü il tarixində saytımızda Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qrunt sularının evlərin zirzəmisinə dolması haqda yazı dərc etmişdik. Həmin yazını bu linkə tıklamaqla oxuya bilərsiniz: https://www.adalet.az/az/posts/detail/bakinin-bu-kendinde-qrunt-sulari-evlerin-zirzemisine-dolub-fotolar-1678187067?fbclid=IwAR24s8oULa_Hbrrn3TJWQ7yXeDcBn5NB39KHxLfTaWU6b8egwFlgHRo7qcc
Bu gün isə Sabunçu rayon İcra Hakimiyyəti problemə öz münasibətini bildirib. İcra Hakimiyyətinin açıqlamasında ərazidə kanalizasiya xəttinin çəkilməsindən sonra problemin öz həllini tapacağı deyilir: “Sosial şəbəkələrdə qaldırılan məsələ ilə bağlı bildiririk ki, rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla digər qəsəbələrində, o cümlədən Kürdəxanı qəsəbəsində kanalizasiya şəbəkəsi mövcud deyil. Bu şəbəkənin qurulması aidiyyəti üzrə "Azərsu" ASC tərəfindən dövlət proqramları çərçivəsində həyata keçirilir. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, Pirşağı qəsəbəsində çirkab su təmizləyici qurğusu inşa olunmuşdur. Ətraf qəsəbələrdən həmin qurğuya birləşmə xətləri çəkildikdən sonra qeyd etdiyiniz məsələ öz müsbət həllini tapacaqdır. Xahiş edirik nəzərə alasınız”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Təlimdə iştirak edəcək heyət Türkiyəyə yola düşdü - VİDEO

Şuşada daha bir yaşayış kompleksinin təməli qoyulub - FOTO + YENİLƏNİB

Prezident və birinci xanım Daşaltıda məscidin açılışında iştirak ediblər - YENİLƏNİB

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - YENİLƏNİB + FOTOLAR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO
