adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2019 16:59
20568
ƏDƏBİYYAT

“Açıq qapı”lardan üçü - Etibar CƏBRAYILOĞLU


Mədəniyyət Nazirliyinin təşkil etdiyi media-turdanqeydlər

Ölkəmizdə növbəti dəfə Beynəlxalq Muzeylər Günüqeyd olundu. Mədəniyyət Nazirliyinin təşkilatçılığı keçirilən silsilətədbirlərin sırasında aparıcı KİV-ləri təmsil edən jurnalistlər üçün media-turda var idi. Mətbuat nümayəndələrini gün ərzində maraqlı səyahət gözləyirdi.Onlar "Açıq qapı” günü çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Milliİncəsənət Muzeyi və dünya şöhrətli bəstəkar Qara Qarayevin ev muzeyi ilə tanışolacaqdılar.

Birinci qapı

Media-tura Qobustan Dövlət Tarixi-Bədii Qoruğundanstart verildi. Paytaxtın 65 kilometrliyində yerləşən bu qədim yaşayış məskəninəgedərkən Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla işsektorunun müdiri Türkan Cəfərova Beynəlxalq Muzeylər Günü ilə bağlı media-turiştirakçılarını ətraflı məlumatlandırdı. Nazirlik təmsilçisinin sözlərinə görə,Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən başlayaraq buəlamətdar gün dünyanın 150-dən çox ölkəsində qeyd olunur, 1993-cü ildən isəİCOM-un Azərbaycan Milli Komitəsi təsis edilib. "Açıq qapı” və bu kimitədbirlərin keçirilməsində əsas məqsəd muzeylərə ictimaiyyətin diqqətini dahada artırmaq, xalqımızın mədəni sərvətlərini xüsusi ilə gənclər arasında təbliğvə təşviq etməkdir.

KİV nümayəndələri Qobustan Dövlət Tarixi-BədiiQoruğuna çatanda muzey binasının qarşısında qələbəlik var idi. Bakınınayrı-ayrı orta məktəblərinin müəllim və şagirdləri, müxtəlif ölkələrdən gələnəcnəbi turistlər muzeydəki eksponatlarla tanış olurdular.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun direktoruVüqar İsayev jurnalistlərlə söhbətində bildirdi ki, burada əsasən orta daşdövrünə aid abidələr sərgilənir. Qədim yaşayış məskəni Qobustanın elmi cəhətdəntədqiqi ötən əsrin 30-cu illərinin sonundan başlayıb, görkəmliarxeoloqlarımızdan biri, mərhum professor İshaq Cəfərzadə bu sahədə çox mühümişlər görüb. Məhz onun fədakarlığı və illər uzunu apardığı araşdırmalarnəticəsində 750 qaya üzərində döymə, qazma və sürmə üsulu ilə çəkilən 3500-dənçox insan və heyvan rəsmi, müxtəlif işarəli yazılar-petroqliflər, 20 qayaaltısığınacaq aşkar olunub. Müxtəlif illərdə aparılan tədqiqatlar nəticəsindətapılan maddi mədəniyyət nümunələrinin tariximiz üçün müstəsna əhəmiyyətininəzərə alan Azərbaycan SSRİ Nazirlər Soveti 1966-cı il sentyabrın 9-da QobustanDövlət Qoruğunun yaradılması ilə bağlı qərar verib. Qoruq əsasən üç dağın-Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi təxminən 4500 hektar ərazini əhatəedib.

Vüqar İsayevin sözlərinə görə, 2006-cı ildə qoruqmilli status alıb, bir il sonra isə növbəti mühüm hadisə baş verib: "2007-ciildə Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Dünya Mədəniİrs komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Maddi-Mədəniİrs Siyahısına daxil edilib. 2011-ci ildə qoruqda yeni və dünya standartlarınauyğun muzey binası istifadəyə verilib”.

Vüqar İsayev onu da vurğuladı ki, QobustanTarixi-Bədii Qoruğu ölkəmizə gələn əcnəbi turistlərin daim diqqət mərkəzindəolduğu üçün Mədəniyyət Nazirliyinin rəhbərliyi burada xidmət səviyyəsinin dahada artırılması barədə tapşırıqlar verib. Qoruğun kollektivi də qarşıya qoyulanbu tapşırıqları yerinə yetirmək üçün səylə çalışır.

Direktorun sözlərinə görə, üç gün ərzində davamedəcək "Açıq qapı” tədbirinin elə ilk günündə Qobustan Dövlət Tarixi-BədiiQoruğuna iki minə yaxın ziyarətçi gəlib.

"Açıq qapı” günü Abdulla Şaiq adına Dövlət KuklaTeatrının nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyasının qoruğa qonaqgəlməsi tədbirlərə xüsusi rəng qatdı. İstedadlı yazıçı-dramaturq SəidəHaqverdiyevanın rəhbərlik etdiyi teatr-studiyanın gənc ifaçıları maraqlıkonsert proqramı ilə qoruğa səyahətə gələn məktəblilər və əcnəbi turistlərqarşısında çıxış etdilər.



İkinci qapı

Qobustandan qayıdan media-tur iştirakçılarıpaytaxtın Nizami küçəsi 49 saylı ünvanda yerləşən muzeyə də baş çəkdilər. Buraşəhərimizin sakinlərinə və qonaqlarına yaxşı tanışdır. Dünya şöhrətli bəstəkar,Lenin mükafatı laureatı, akademik Qara Qarayevin ev-muzeyi məhz buradayerləşir. Görkəmli bəstəkarın uşaqlıq və gənclik evləri bu mənzildə keçib,dünya mədəniyyətinə bəxş etdiyi musiqi əsərlərinin bəzilərini də burada yazıb.

Ölkə rəhbərinin sərəncamı ilə ötən il QaraQarayevin 100 illik yubileyi təntənə ilə qeyd olunub, dünya şöhrətlipedaqoq-bəstəkarın da ev-muzeyi 2018-ci il oktyabrın 1-də qapılarınıziyarətçilərin üzünə açıb. Muzeydə Qara Əbülfəz oğlunun həyat və yaradıcılığınıözündə əks etdirən 300-dən çox nadir material toplanıb. Ziyarətçilər rəsmi sənədlər,əlyazmalar, konsert və tamaşa afişaları, foto şəkillər, eləcə də bəstəkarın şəxsi əşyaları ilə tanış olurlar.Bu nadir eksponatların əksəriyyəti uzun illər Azərbaycan Musiqi MədəniyyətiDövlət Muzeyində qorunub-saxlanılıb.

Ev-muzeyinin üç otağı əhatə edən ekspozisiyasınıgəzərkən nadir sənədlərlə tanış olmaq mümkündür. Qara Qarayevin tələbəlikillərində tutduğu konspektlər, Cövdət Hacıyevlə birgə yazdığı "Ayna” operasınınpartiturası, 1942-ci ildə böyük ədib Mir Cəlalın Akademik Dövlət Dram Teatrındaoynanılan "Mirzə Xəyal” tamaşasının afişası nümayiş olunur. Afişadan aydın olurki, Səftər Turabovun quruluş verdiyi tamaşaya gənc Qara Qarayev musiqibəstələyib. Ölkənin əsas teatrında səhnəyə qoyulan Şekspirin "Antoni vəKleopatra” tamaşasının afişası da maraq doğurur. Görkəmli rejissor TofiqKazımovun 1964-cü ildə hazırladığı bu səhnə əsəri Dövlət Mükafatına layiqgörülüb və tamaşanın böyük uğurundan bəstəkar Qara Qarayevə də pay düşüb.

Muzeyin kolleksiyasındakı A 190070 saylı diplom damaraq doğurur. Bu diplomu Qara Qarayev 1946-ci ildə Çaykovski adınaKonservatoriyanı uğurla bitirdikdən sonra alıb.

Yaxınları, onu tanıyanlar insanlar bilir ki, böyükbəstəkar həm də foto həvəskarı olub, boş vaxtlarında şəkillər çəkirmiş.Ev-muzeyində onun müxtəlif markalı fotoaparatları, xarici səfərləri zamanılentə aldığı şəkillər də nümayiş etdirilir.

Qara Qarayev sovet dövrünün ən nüfuzlu mükafatısayılan Lenin mükafatını qazanan nadir azərbaycanlılardandır. Eksponatlarınarasında 1967-ci ildəki "İzvestiya” qəzetinin nüsxəsi də var. Həmin sayda dərcolunan rəsmi xəbərdə bildirilir ki, Qara Qarayev "İldırımlı yollarla” baletinəgörə Lenin mükafatına layiq görülüb.

Ev-muzeyində tez-tez müxtəlif tədbirlər, təqdimatmərasimləri və müzakirələr keçirilir.

Üçüncü qapı

Media-tur iştirakçılarının baş çəkdikləri sonuncuünvan Milli İncəsənət Muzeyi oldu. Muzey rəhbərliyi bu günlərdə təmiri başaçatan yeni korpusdakı zalları gəzmək üçün jurnalistlərə şərait yaratdılar.

Məlum olduğu kimi, 1936-cı ildə yaradılan bu sənət ocağıAzərbaycanda ən böyük incəsənət muzeyidir. 17 mindən çox eksponatın qorunduğuMilli İncəsənət Muzeyi iki qonşu və tarixi məkanda- "De Burun sarayı”nda və"Marinski Qadın Gimnaziyası”nın

binasında yerləşir.

Ümumilikdə 60 otaqda təşkil edilən daimi ekspozisiyada3 mindən çox sənət əsəri sərgilənir. Təmirdən yenicə çıxan korpusda Şərq vəAvropa zalları ilə tanışlıq media-tur iştirakçılarının marağına səbəb oldu.Həmin zallarda sərgilənən qiymətli və nadir sənət əsərləri barədə ətraflıməlumat verildi.