ABŞ-ın energetika naziri Natiq Əliyevlə görüşmək istəyir
ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə N.Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb.
ABŞ-ın energetika naziri Dövlət Departmentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib.
R.Perrinin məktubunda qeyd olunub: "Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm”.
Digər Xəbərlər
03 May 2024 10:04
Hikmət Hacıyev: “UNESCO bir adamın əlində alətə çevrilməməlidir”
02 May 2024 16:33Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02