ABŞ-ın Baş Qərargah rəisi Bakıdan Türkiyəyə gedəcək
Suriyada Türkiyə ordusu tərəfindən həyata keçirilən "Fərat qalxanı” əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.
Adalet.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib. Onun sözlərinə görə, Əl-Babda nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə səfər edəcəyini deyən nazir bildirib ki, ABŞ Türkiyəyə PKK ilə mübarizədə yardım göstərəcək.
Qeyd edək k, Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib. O, hazırda Bakıdadır.
Digər Xəbərlər
18 May 2024 19:15
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO - FOTO
18 May 2024 19:10Əlahiddə Ümumqoşun Orduda MAXE qəbulu elan edildi - ŞƏRTLƏR
18 May 2024 17:00İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTOLAR
18 May 2024 16:12Prezident və birinci xanım “Ağalı” hotelinin açılışında - YENİLƏNİB
18 May 2024 14:40