Abşeronda qadını evində qarət edən şəxslər saxlanılıb
Fevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K. Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb.
Adalet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıb.
Digər Xəbərlər
29 Aprel 2024 16:58
Polis narkotiklə bağlı əməliyyat keçirdi, narkotacirlərin səs yazıları açıqlandı - VİDEO
29 Aprel 2024 11:44Oğurladıqları kartla alış-veriş etdilər
29 Aprel 2024 11:17Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
29 Aprel 2024 10:46Bakıda evdən meyit tapılıb
29 Aprel 2024 10:06