adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Noyabr 2018 15:49
11597
DÜNYA

ABŞ-da YENƏ ATIŞMADI

Amerika KİV-ləriLos-Anceles yaxınlığındakı Tauzend-Ouks şəhərininbarında yenidən atışma ilə bağlı məlumatlaryayıb. Yaralılar barədə məlumatlar yayılsada, ölənlərin də olduğu istisna edilmir.

«Los-Anceles Times»inşahidlərin ifadəsinə əsasən yaydıqları məlumatdabildirilir ki, naməlum şəxs saat 23.30 radələrində bara girərəkatəş açmağa başlayıb. Təxminən 30 güllə atıldığı bildirilir.

Polis ən azı 6 nəfərin yaralandığınıqeyd edib. Hadisə yerində hüquq-mühafizə orqanları araşdırmaaparır. Hadisə yerinə gələn polis əməkdaşlarıhücum etməkdə şübhəli bilinən şəxsə silah işlətmək məcburiyyətində qalıb. Qarşılıqlıatışma nəticəsində 1 nəfər hüquq-mühafizəorqanının əməkdaşı yaralanıb. Atəş açanın tutulması ilə bağlı hələ ki heç bir xəbər verilmir.

Son vaxtlar ABŞ-daatışmalarla bağlı xəbərlər çoxalıb. Demək olar ki, hər həftə sosial şəbəkələrdəsilah satışına məhdudiyyətlər qoyulması iləbağlı vətəndaşlar tərəfindən tələblər irəlisürülür. ABŞ-ın keçmiş prezidenti Barak Obama bu məsələ ilə bağlı qanunların sərtləşdirilməsinəçalışsa da, Trampın da üzvü olduğu Respublikaçılar Konqresdə bütün cəhdlərlə bununqarşısını alıb. Hazırki ABŞ lideri Donald Trampisə silah əldə etməklə bağlı qaydaları dəyişmək fikrində deyil.