adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Fevral 2017 23:22
7985
DÜNYA

ABŞ-da yarım milyardlıq “Cek Pot” uduldu

Amerikanın İndiana ştatında 435 milyon dollarlıq uduşlu lotereya bileti satılıb. 

Adalet.az-ın The Washington Post nəşrinə istinadən xəbərinə görə, bu barədə cümə axşamı, fevralın 23-də, Powerball lotereya oyununun nümayəndəsi Dennis Rouzbro məlumat verib.

Bilet ştatın paytaxtı İndianapolisdən 60 kilometr aralıda yerləşən Lafeyett şəhərində alınıb. 

Uduşlu biletin sahibinin adı açıqlanmır. Onun pulu götürmək üçün 180 gün vaxtı var.