adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 May 2020 18:43
14118
DÜNYA

ABŞ-da sənaye istehsalı rekord həddə azalıb

Aprel ayında ABŞ-da sənaye istehsalı mart ayı ilə müqayisədə 11,2 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə Federal Ehtiyat Sisteminin (FED) hesabatında deyilir.

Qeyd olunur ki, bu, statistikanın aparıldığı 101 il ərzində ən yüksək göstəricidir.

Rekord azalma koronavirus pandemiyası ilə əlaqədar bir çox müəssisələrin istehsalı qismən və ya tamamilə dayandırması səbəbi ilə qeydə alınıb.

Mart ayında ölkədə sənaye istehsalı fevralla müqayisədə 4,5% faiz azalıb.