ABŞ-da Ramazan tədbirlərindən imtina edildi
ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.
Adalet.az "Reuters”-ə istinadən xəbər verir ki, dövlət katibi Reks Tillerson ona təqdim olunan müvafiq sorğunu rədd edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir. Bu ənənənin əsasını Madlen Olbrayt qoyub. Bundan sonrakı illərdə Demokrat və Respublikaçılar partiyasının nümayəndələri bu ənənəni daim davam etdiriblər. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib.
Digər Xəbərlər
28 Aprel 2024 13:43
Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”
28 Aprel 2024 13:41İsveçli qadın Quranı yandırdı
28 Aprel 2024 12:07Türkiyədə polis nəfəri idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
28 Aprel 2024 10:08Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49