ABŞ-da qasırğa 18 nəfərin ölümünə səbəb oldu
ABŞ-ın cənubi-şərqində tüğyan edən qasırğa 18 nəfərin ölümünə səbəb olub.
Adalet.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
ABŞ-ın prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarında qasırğa və leysan yağışlardan zərərçəkənlərə federal yardım vəd edib.
Missisipi qubernatoru Fil Brayant ştatda fövqəladə vəziyyət elan edib, bu ştatda 50-dən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb. Təbii fəlakət Luiziana, Alabama və Texas ştatlarına da təsir edib.