adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Mart 2017 09:44
5964
DÜNYA

ABŞ-da məhbuslar qiyam qaldırdı

ABŞ-ın Kaliforniya ştatında həbsxanalardan birində qiyam baş verib.

İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb.

Məlumata görə, həbsxananın yeməkxanasında məhbuslardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhbus həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis qiyamçılara qarşı bibər qazından istifadə edib.

Qiyamın çox keçmədən qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması haqda məlumat verilməyib.