adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2018 11:58
18972
MARAQLI

ABŞ-da dəhşətli ev - 13 uşağı zəncirlənmiş halda tapdılar

ABŞ-ınKaliforniya əyalətində qaranlıqda, 13 uşağı çarpayıya zəncirləyib əsir saxlayanər-arvad tutuldu.

BBC-ninverdiyi məlumata görə, ər-arvadı uşaqlara işgəncə verib əsir saxladıqlarına görənəzarət altına götürən polislər deyib ki, 17 yaşında qız onların əlindənqaçmağı bacarıb və evi də qızın sayəsində tapıblar. Bazargünü qaçan gənc qız, evdə tapdığı bir mobil telefondan səlahiyyətlilərəanasının və atasının, 12 qardaş-bacısının onunla birlikdə əsir saxlandığınıdeyib.

17yaşında olmasına baxmayaraq 10 yaşında biri kimi görünən qız həm də fiziki cəhətdənzəif olub.


Qonşuları:Çox da çölə çıxmırdılar.

57 yaşlıDavid Allen Turpin və 49 yaşlı Louise Anna Turpin ilə birlikdə 2 - 29 yaşarasında olan 13 uşağı tapılıb.

Zir-zibiliçində olduqları deyilən uşaqların qardaş-bacı olduğu düşünülür. Polislər, bəziuşaqların qıfıllarla, zəncirlərlə çarpayıya bağlanmış və pis qoxular içindətapdıqlarından, bəzilərinin isə 18-29 yaşında, yetkinlik yaşına çatmışolmaqlarından təəccübləndiklərini deyiblər.

Bütünuşaqlar xəstəxanaya yerləşdirilib. Xəstəxanalarınbirinin müdiri olan Mark Uffer xəbər agentliyinə, bütün işçilərlə birlikdəgördükləri bu inanılmaz mənzərədən çox pis təsirləndiklərini, kədərləndiklərinideyib.

Reutersagentliyinə danışan ər-arvad haqqında danışan qonşular deyib ki, onlar qapalıadamlardır. Onları kimisə ziyarətə, kimlərinsə onların evinə gəldiyini görmədik.Sadəcə, alış-veriş üçün marketə gedərdilər.

DavidAllen Turpinin Kaliforniya Təhsil Nazirliyinin veb saytındakı axtarışlardansonra bölgədəki özəl məktəblərdən biri olan Sandcastle Gündüz məktəbinin müdirivəzifəsində işlədiyi məlum olub.

Amerikamətbuatı ər-arvadı iflas olduğunu qeydə alıb.

Vəfeysbuk səhifələrində uşaqlarla bərabər bir bəzi tədbirlərə qatıldığını göstərənşəkilləri paylaşdığı məlum olub.