ABŞ-da daha bir terakt: 7 nəfər...
ABŞ-ın Çikaqo şəhərində silahlı hücum baş verib.
Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Qeyd edək ki, avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.