adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Noyabr 2018 15:35
9808
DÜNYA

ABŞ SANKSİYALARI TƏXİRƏ SALIR?

Bloomberq Konqresdəkisenatorlara istinadən bildirir ki, ABŞ Konqresinin Rusiyaya qarşı ilinaxırınadək yeni sanksiyaların tətbiqetməsinə vaxtı qalmayacaq.

ABŞ Konqresinin yaxın aylarda dövlətin xərcləri, yeni hakimlərin təyinatı və xalqtəsərrüfatı ilə bağlı qanunların hazırlanmasına diqqəti yönətməlidir. Yenikonqresmenlərin parlamentdə vəzifələrinə başlamasına qədər onlar «axsaq ördək» vəziyyətindəqalacaqlar. Yeni parlament isə 2019-cu ilinyanvar ayında vəzifəsinin icrasına başlayacaq. Ona görə də yeni sanksiyaların tətbiqinihazırlayan senatorlardan biri Bob Menendesbildirib ki, «bizim çox az vaxtımız qalıb. Ona görə də işimizi elə qurmalıyıq ki,Milad bayramında da işləməyək. Senator Con Kornin isə bildirib ki, hazırki aralıqseçkilərində Rusiyanın müdaxiləsi qeyd olunmadığı üçün bu barədə yeni məlumatlar alınana qədər təxirə salınabilər.