adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Oktyabr 2014 13:58
4807
DÜNYA

ABŞ prezidentini devirən jurnalist vəfat edib

"Washington Post” qəzetinin qurucusu Ben Bredli 94 yaşında vəfat edib.  Bu barədə məlumatı "Washington Post" qəzeti yayıb. 

Bredlinin başçılıqetdiyi "Washington Post" qəzeti Watergate qalmaqalını işıqlandırmasına görə vaxtilə Pulitzer mükafatı alıb. Məhz bundan sonra ABŞ prezidenti Richard Nikson 1974-cü ildə prezidentlikdən getməyəməcbur olub. Belə ki, 1972-ciildə R.Niksonun adamları "Demokratlar” partiyasının üzvlərinin qaldığı  Watergate otelindəki otaqlarına gizli "böcək”lər(səs yazmaq üçün kiçik cihazlar) yerləşdirməyə cəhd göstərmişdilər. Bunuedənlər tutulmuş və kim tərəfindən göndərildiklərini etiraf etmişdilər. Bunagörə də dövlət başçısı postunu təhvil verməli olmuşdu.

Hazırkidövlət başçısı Barak Obama da Bredlini ölkənin ən ali mükafatlarından biri olan"Azadlıq” Prezident Mükafatına layiq görüb.