ABŞ geri addım atdı - Türkiyə istəyinə nail oldu
ABŞ-ın Dövlət Katibi Reks Tillerson Türkiyə-Suriya sərhəddində 30 minlik təhlükəsizlik qüvvəsinin yaradılması haqda məlumatları təkzib edib.
Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tillerson ABŞ-ın belə niyətinin olmadığını deyib. Bildirib ki, məsələ səhv anlaşılıb:
"Heç bir formada sərhəd qüvvəsi formalaşdırmırıq. Məsələ tamamilə səhv təqdim olunub, yalnış anlaşılıb”.
Tillerson əlavə edib ki, bununla bağlı ABŞ-ın Türkiyəyə açıqlama vermək borcu var: "Nə üçün belə reaksiya verdiklərini başa düşürük. Düşünürəm ki, ABŞ bu məsələyə görə, Türkiyəyə cavab verməlidir”.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Birləşmiş Ştatların Türkiyə-Suriya sərhədində 30 minlik təhlükəsizlik qüvvəsi yaradacağını bildirmişdi. Məlumatda vurğulanmışdı ki, Suriyanın Türkiyə və İraqla sərhədində yarıdan çoxu YPG terror təşkilatının üzvlərindən ibarət olacaq 30 minlik sərhədd qüvvəsi yaradılacaq. ABŞ-ın bu qərarı Türkiyədə etirazla qarşılanıb. Ərdoğan terrorçuların nəzarətindəki Afrin bölgəsində hərbi əməliyyatların aparılacağını bəyan edib.(azvision.az)
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47