adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Sentyabr 2018 14:46
15159
DÜNYA

ABŞ FOSFORLU BOMBADAN İSTİFADƏ EDİB

Pentaqonun nümayəndəsiRusiya Müdafiə Nazirliyinin guya ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu bomba atması ilə bağlı məlumatını qəbul etmədiklərini bəyan edib. Bubarədə Reuters agentliyinin yaydığı məlumatlaraABŞ hərbi təşkilatının nümayəndəsi Şon Robertson bildirib ki, «Pentaqonun buregionda ağ fosfor mərmisindən istifadəsi ilə bağlı heç bir məlumatı yoxdu».Sonra isə o, əlavə edib ki, məlumatda adı çəkilən regionda Hərbi Hava Qüvvələrinin heç bir bölməsi fosfor tipli sursatla təminolunmayıb.

Suriyada yerləşən Rusiya hərbi kontingentinin rəhbəri,general-leytenant Vladimir Savçenko bəyan edib ki, ABŞ-ın iki F-15 təyyarələri8 sentyabrda Deyr-əz-Zor əyalətinəqadağan olunmuş ağ fosforlu mərmiləratıb Bunun nəticəsində Mərcin yaşayış məntəqəsindəgüclü yanğılar baş verib.

Bundan başqa, buregionda olan hüquq müdafiəçiləri də ağ fosofrlu bombalardan istifadə olunması faktını təsdiqləyib.

Ağfosfor yandırıcı aviabombalarda istifadəolunur. Çox yüksək tempuratura ilə yanır və insan dərisinə ağır yanıq xəsarətləri yetirir. Həmçinin zəhərli olduğuüçün əlavə fəsadlar da törədir.