adalet.az header logo
  • Bakı -°C
08 Yanvar 2026 12:09
128
HADİSƏ
A- A+

Abşeronun bu ərazilərində işıq olmayacaq

Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Adalet.az-a verilən məlumata görə, yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

"Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.