“Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür...”
“Rusiya istintaqı AZAL təyyarəsinin vurulmadığını qeyd edib..Rusiya AZAL Təyyarəsi ilə bağlı cinayət işinin sənədini Azərbaycana göndərib. Cinayət işində əlverişsiz hava şəraitindən dolayı, Təyyarə Rusiya ərazisindən eniş edə bilməyib, gedib Qazaxıstanda yerə çırpılıb. Bununla da cinayət işinə xitam verilib. Amma, Düşənbədə V. Putin məhz təyyarənin vurulmasını etiraf edərək, kompensasiya ödəyəcəyini və məsul şəxslərin cəzalandırılmasına söz vermişdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Göründüyü kimi Rusiya Azərbaycana kompensasiya ödəməyəcək və cinayətkarlar cəzalandırılmayacaq. Ümumiyyətlə, istintaq təyyarənin vurulmasını qeyd etmir, özü yerə çırpılıb qeyd edilib. Azərbaycanın şərtlərini Rusiya qəbul etmədi. Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür. Demək, Rusiya Azərbaycana təzyiq etməyə çalışır. Rəsmi Bakı ilə konstruktiv əməkdaşlıq deyil, əlaqələri böhrana sürükləmək siyasəti aparılır. Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələri inkişaf etdirməsi, Moskvada da narahatlıqla qarşılanır.Rusiyanın bu mövqeyi bir ölkə üçün utancdır. V.Putin bir söz deyir, istintaqı tam ayrı bir söz deyir. Rusiya özü Azərbaycanla böhran yolunu seçib”.
Vasif
Digər Xəbərlər
08 Yanvar 2026 12:09
Abşeronun bu ərazilərində işıq olmayacaq
08 Yanvar 2026 11:37
Cəbrayılda yanğın törədən şəxs saxlanıldı
08 Yanvar 2026 11:29
Muğanlı-İsmayıllı yolunda qəza - Sürücünün həyat yoldaşı öldü
07 Yanvar 2026 16:06


Bakı -°C

