ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir - Saziş imzalandı
ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın bərpasını nəzərdə tutan saziş imzalayıblar.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset məlumat verib.
Bildirilib ki, razılaşma çərçivəsində iki ölkə birgə hərbi təlimlər keçirəcək, kəşfiyyat məlumatları mübadiləsi aparacaq və silah tədarükü sahəsində əməkdaşlıq edəcək:
“Tərəfdaşlığın bərpası formal xarakter daşımayacaq. Saziş Venesuelaya dövlət sərhədləri üzərində nəzarəti gücləndirməyə, eləcə də onilliklər ərzində qanunsuz silahlı və narkoterrorçu qruplaşmaların nəzarətində olmuş əraziləri geri qaytarmağa imkan verəcək. ABŞ Venesuela Silahlı Qüvvələrinin hərtərəfli modernləşdirilməsinə və peşəkarlığının artırılmasına dəstək verməyə hazırdır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrda Venesuelada Amerika hərbi bazasının yaradılması ehtimalını istisna etməmişdi.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelaya hərbi zərbələr endirmişdi. Tramp əməliyyatdan sonra ölkə Prezidenti Nikolas Maduronun və həyat yoldaşının saxlanıldığını, hakimiyyətin ötürülməsinədək Venesuelanın idarəçiliyini ABŞ-nin üzərinə götürəcəyini açıqlamışdı.
Digər Xəbərlər
19 Noyabr 2026 07:49
ABŞ Prezidenti amerikalıları ərzaq və su ehtiyatı görməməyə çağırıb
19 Noyabr 2026 07:46
Bu şərtlərlə İranda yoxlama apara bilərlər - Üç ölkə birgə bəyanat yaydı
19 Noyabr 2026 07:39
İran açıqlaması siyasi karyerasına zərbə vurdu - Tramp ondan narazıdır
19 Noyabr 2026 07:32


Bakı -°C

