ABŞ və Ermənistan İranı müzakirə edəcək
Ermənistan hakimiyyəti ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə keçiriləcək görüşdə İranla ticarət edən ölkələrə tətbiq olunacaq yeni gömrük rüsumları məsələsini qaldırmağı planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ-nin İranla ticarət əlaqələri olan ölkələrdən idxal edilən mallara tətbiq etdiyi rüsumların hazırkı 10%-dən 25%-ə qaldırılması Ermənistan ixracatına ciddi zərbə vura bilər:
"2025-ci ilin yekunlarına görə, Ermənistanın ABŞ-yə ixracı 50 milyon dollar təşkil edib və rüsumların artırılacağı təqdirdə bu məhsullar rəqabət qabiliyyətini itirəcək".
Bununla belə, G. Papoyan hələlik ABŞ Maliyyə Nazirliyindən rüsumların artırılması ilə bağlı rəsmi bildiriş almadıqlarını da əlavə edib.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

